e-AHIK Sanatoriya-Kurort elektron rezervasiya sistemi
Layihə sosial və institusional baxımdan dəyərli hesab olunur. Sanatoriya və yollayış prosesinin rəqəmsallaşdırılması kağız işlərini aradan qaldıraraq real funksional fayda verir. Konsepsiya aktualdır, dövlət xidmətlərinin rəqəmsal transformasiyası istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər. Ancaq platformanın dizayn, istifadə rahatlığı və giriş modelləri baxımından daha müasir yanaşmaya ehtiyac olduğu hiss olunur. Hal-hazırda platformaya daxil olan kimi Asan Login ilə identifikasiya məcburi tələb olunur. Bu isə istifadə rahatlığını bir qədər məhdudlaşdırır, çünki ölkədə hər vətəndaş hələ tam şəkildə Asan Login istifadəçisi deyil və bu, giriş baryeri yarada bilər. Platformanın daha əlçatan olması üçün tövsiyə edilir ki, sayt əvvəlcə sərbəst şəkildə açıq formada təqdim edilsin, istifadəçi müəyyən əməliyyat (məsələn, rezervasiya) etmək istədiyi zaman isə Asan Login identifikasiyası tələb olunsun, bu yanaşma həm giriş baryerini azaldar, həm auditoriyanın genişlənməsinə səbəb olar, həm də istifadəçinin prosesə olan inamını artırar. Fəaliyyətinizdə uğurlar arzu edirəm
Azərpoçt
Azərpoçt funksional baxımdan böyük potensiala malikdir, lakin istifadəçiyə interaktiv şəkildə yol göstərən, mərhələli və insan yönümlü UX/UI yanaşması tətbiq olunduğu halda platforma təkcə məlumat resursu kimi deyil, beynəlxalq praktikada olduğu kimi real rəqəmsal xidmət ekosistemi səviyyəsinə yüksələ bilər. Mobil versiyada toxunuşa-həssas UX optimallaşdırılması həmçinin klik zonaları genişləndirilə bilər. “Mobile-first” dizayn yanaşması tətbiq olunmalıdır. Bununla yanaşı, https://www.azerpost.az/ domeninin gov.az strukturuna keçidi tövsiyə olunur. Azərpoçtun gov.az domeninə transferi yalnız vizual güvən deyil, həm də ölkədaxili informasiya təhlükəsizliyi standartlarının tətbiqi üçün imkan yaradar. Bu da phishing və saxtakarlıq hallarının qarşısını alar.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
Dövlət Vergi Xidmətinin rəqəmsal platforması məzmun və funksionallıq baxımından çox mühüm rol oynayır və elektron hökumətin əsas infrastruktur elementlərindən biri hesab oluna bilər. Rəqəmsal platforması vergi hesabatlarının təqdim edilməsi, elektron qaimələrin göndərilməsi və digər mühüm əməliyyatların onlayn həyata keçirilməsi baxımından ölkənin rəqəmsal iqtisadi idarəçiliyində əsas rol oynayır. Xidmətlərin funksional baxımdan işlək olması və vahid məkanda təqdim olunması müsbət haldır. Bununla yanaşı, istifadəçi təcrübəsində bələdçi sistemlərin, vizual izahların və xidmətlərin mərhələli təqdimatının azlığı nəticəsində müəyyən çətinliklər müşahidə olunur. Əsas elektron xidmətlər portalı olan new.e-taxes.gov.az platforması rüblük hesabat dövrlərində yüksək yüklənmə səbəbilə məhdud işləyir və bəzən giriş imkanı xeyli zəifləyir. Bu isə həm istifadəçi rahatlığına, həm də iqtisadi fəaliyyətə təsir edə biləcək risk kimi dəyərləndirilə bilər. Platformanın daha dayanıqlı və istifadəçi yönümlü olması üçün server infrastrukturunun pik dövrlərə uyğun avtomatik genişləndirilməsi, interaktiv bələdçi sistemlərinin əlavə edilməsi, mobil versiyada toxunuşa-həssas UX/UI optimallaşdırılması və “mobile-first” yanaşmasının tətbiqi tövsiyə olunur.
SİMA İmza Sahibkar Həlli
SİMA İmza sahibkarlar üçün rəqəmsal identifikasiya və sənədlərin imzalanması prosesini mobil cihazlar üzərindən həyata keçirməklə biznes fəaliyyəti üçün praktiki fayda yaradır. Tətbiqin xüsusilə vergi sistemi ilə inteqrasiyası dəyərlidir. Bununla yanaşı, ilkin identifikasiya və istifadə prosesinin sadələşdirilməsi, eləcə də “addım-addım izah” funksiyasının əlavə olunması tətbiqin daha geniş auditoriya tərəfindən istifadə edilməsinə kömək edə bilər.
Elektron Səhiyyə
İlk növbədə baxış etdikdə onu qeyd etmək olar ki, tətbiq tam hazır vəziyyətdə deyil. Elektron Səhiyyə tətbiqi vətəndaşlara tibbi kart, resept, analizlər və digər səhiyyə xidmətlərinə mobil cihaz üzərindən çıxış imkanı yaratmaqla mühüm rəqəmsal şəffaflıq təmin edir. Lakin ilkin qeydiyyat və məlumat axtarışı mərhələsində yönləndirici bələdçi yoxdur və bu, xüsusilə yaşlı istifadəçilər üçün çətinlik yarada bilər. İstifadə prosesinin sadələşdirilməsi, vizual izahların və “addım-addım” bələdçi sisteminin əlavə olunması tətbiqin daha kütləvi istifadə olunmasına imkan verə bilər.
e-Tabib
e-Təbib tətbiqi şəxsi səhiyyə məlumatlarına mobil şəkildə çıxış imkanı yaradaraq istifadəçiyə rahatlıq və nəzarət hissi verir. Laborator analizlər, müayinə nəticələri, sığorta sənədləri və müraciətlərin onlayn izlənməsi vətəndaş üçün praktik fayda təmin edir. Eyni zamanda, ilkin qeydiyyat və identifikasiya mərhələsində bələdçi izahların azlığı, bəzi menyuların mobil cihazlarda sıx görünməsi və yaşlı istifadəçilər üçün müraciətin çətin ola bilməsi qeyd olunmalıdır. Tətbiqin daha kütləvi istifadəsi üçün “addım-addım izah”, vizual yönləndirici interfeys və sadələşdirilmiş mobil UX/UI strukturu əlavə oluna bilər. Ümumilikdə, e-Təbib səhiyyə xidmətlərinin rəqəmsallaşdırılması üçün mühüm addımdır və interaktiv istifadəçi yönümlü yanaşma ilə daha geniş auditoriyaya çata bilər.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
Faydalı tətbiqdir. Vergi ödəyicilərinin şəxsi kabinetə mobil cihaz üzərindən daxil olmasına, məlumatları izləməsinə və ödəniş etməsinə imkan yaratmaqla vergi xidmətlərini daha əlçatan edir. Lakin, daxil olma maksimal sadələşdirilməlidir. Məlumat axtarışı və formaların doldurulması zamanı yönləndirici izahların olmaması, eləcə də hesabat dövrlərində sistemin yüklənməsi tətbiqin istifadəsini müəyyən qədər çətinləşdirə bilər.
Sosial Xidmətlər Agentliyi
Faydalı səhifədir. Həssas qruplara aid sosial xidmətlərin tanıdılması, maarifləndirici məlumatların paylaşılması və vətəndaş müraciətlərinə operativ reaksiya baxımından müsbət təsir yaradır. Paylaşımların ümumi tonu humanistdir və sosial dövlət konseptini dəstəkləyir.
Bununla yanaşı, kontentin böyük hissəsi yalnız informativ xarakter daşıyır və interaktiv ünsiyyət, real hekayələr və vizual təsir gücü daha azdır. İnsan yönümlü video seriyalar (“qəhrəman hekayəsi”, xidmətin nəticəsi, uğur nümunələri) və canlı yayımlar auditoriya ilə daha güclü bağ yarada bilər. Aktivlik ritmindəki fasilələr də izləyici artımına təsir edə bilər.
Ümumilikdə səhifənin məqsədi aydındır, lakin vizual təqdimat və interaktiv dialoq gücləndirilsə, bu resurs sosial dövlət xidmətlərinin real nümunəsinə çevrilə bilər.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
Səhifə rəsmi məlumatların paylaşılması, maarifləndirici kontent və elektron xidmətlərin tanıdılması baxımından funksionaldır. Lakin ünsiyyət forması əsasən məlumat ötürməyə yönəlib və vətəndaşla dialoq qurmaq baxımından interaktivlik hələ zəifdir. Səhifə rəsmi elan platformasından çıxaraq vətəndaş üçün praktik bələdçi roluna keçəməsi tövsiyyə olunur. Ümumilikdə səhifənin məqsədi aydın olsa da, daha insan yönümlü ünsiyyət tonu, vizual izahlarla birlikdə səhifənin kütləvi auditoriyada daha güclü qəbul olunmasına imkan verə bilər.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Səhifə sağlamlıq mövzusunda maarifləndirici kontent, xidmətlərlə bağlı aydın izahlar və faydalı tövsiyələr təqdim etməklə vətəndaş yönümlü yanaşmanı hiss etdirir. Ümumi vizual tərtibat nizamlıdır və kommunikasiya dili daha humanist xarakter daşıyır.
Bununla belə, kontentin böyük hissəsi statik informasiya üzərində qurulub və canlı hekayələr, real pasiyent nümunələri və həkimlə sual-cavab formatları azdır. Daha interaktiv yanaşma, qısa izahlı videolar və “xidmət necə alınır?” kimi praktiki rubrikalar tətbiq olunarsa, səhifə vətəndaş üçün daha güclü fayda mənbəyinə çevrilə bilər.
Ümumilikdə səhifə məqsədini aydın ifadə edir, lakin sosial ünsiyyət və interaktivlik gücləndirilsə, səhifə təkcə informasiya mənbəyi deyil, sağlamlıq yönlü sosial əlaqə platforması rolunu da oynaya bilər.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
Kanal ergi mövzularını video formatda izah etməsi baxımından faydalı resursdur. Lakin videoların inkişaf etmiş axtarış sistemi, rubrikalar üzrə qruplaşdırma və yeni sahibkar üçün “haradan başlamaq lazımdır?” kimi praktiki bölmələr hələ formalaşmayıb.
Azstand
Məzmun strukturlaşdırılıb və rəsmi xarakter daşıyır, bu müsbətdir. Lakin statik məlumat çoxdur, real nümunələr azdır. “Standart olmasa nə baş verər?”, “nəyə görə standart vacibdir?” kimi izahlandırıcı kontent yoxdur. Vətəndaşın gündəlik həyatı ilə əlaqə qurulmadığı üçün auditoriya ilə emosional bağ zəifdir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi
Səhifə fəaliyyət sahəsini rəsmi olaraq doğru şəkildə əks etdirir, lakin mövzu gündəlik istehlakçı həyatı ilə əlaqələndirilsə, xidmətlər daha aydın qəbul edilə bilər. Real nümunələr, izahlı rubrikalar və praktiki bələdçi yanaşması tətbiq olunsa, səhifə sadəcə məlumat mənbəyi deyil, istehlakçının hüquqi dayağı kimi formalaşa bilər.
I'm Honey - Made By Bees-
Default olaraq ingilis dili versiyası açılır ilk olaraq. “Traceability” (istehsaldan istehlaka izlənə bilən yol), kənd arıçılarının real hekayələri və coğrafi göstəricilərin daha aktiv istifadəsi satışdan çox Azərbaycan mənşəli brend fəlsəfəsi yarada bilər. Bəzi təkrarlanan blokların (About/Info hissələri) təmizlənməsi, şəkil və performans optimizasiyası, eləcə də beynəlxalq SEO üçün dil versiyalarının (hreflang və s.) daha sistemli qurulması brendin qlobal rəqəmsal görünürlüğünü gücləndirə bilər.
Azpetrol Ltd. MMC rəsmi vebsayt
Sayt yalnız korporativ təqdimat işi görmür, praktiki xidmətləri də təqdim edir. Yanacaq növləri, elektrik şarj məntəqələri, YDM xəritəsi və “Azpetrol kartı” kimi funksiyalar strukturlaşdırılmış şəkildə təqdim olunub. Kontent aydın və funksionaldır, istifadəçi “məlumat axtarmaq” deyil, “istədiyini tapmaq” təcrübəsi yaşayır. Mobil uyğunlaşma, xəritə üzərindən YDM tapılması və vizual nizamlılıq müsbətdir. UX/UI təmizdir. SSL düzgün işləyir, sayt sürətlidir, CMS ehtimal ki korporativ framework üzərində qurulub və SEO baxımından əsas strukturlar yerindədir. Sitemap və strukturlaşdırılmış URL-lər mövcuddur. Mobil versiyada bəzi şəkillərin optimallaşdırılması PageSpeed balını yüksəldə bilər.
Qala Həyat Sığorta Şirkəti
Dizayn nizamlıdır, struktur aydındır. Amma sığorta kimi qarışıq sahədə interaktiv kalkulyator, real nümunələr, tez-tez verilən suallar və “addım-addım xidmət bələdçisi” kimi UX elementləri istifadəçi üçün böyük rahatlıq yarada bilər. Rəqəmsal xidmət və korporativ təqdimat arasında balans yaratmağa çalışır. Əgər xidmətlər interaktiv bələdçi, real həyat nümunələri və istifadəçi yönlü vizual izahlarla təqdim olunsa, sayt sadəcə məlumat mənbəyi deyil, rəqəmsal sığorta platforması halına gələ bilər.
Tabaterra
Korporativ çərçivə formalaşıb, lakin brendin beynəlxalq səviyyədə güclü mövqeyə çıxması üçün “ikincili mərhələ” yəni hekayələndirmə, məsuliyyət prinsipləri və rəqəmsal imicin qurulması vacibdir. Sayt açılan kimi dilin avtomatik ingilis versiyasına keçməsi və +18 pəncərəsinin də lokal dilə uyğun təqdim edilməməsi istifadəçi rahatlığını azaldır. Dil seçimi bir dəfə edildikdən sonra yadda saxlanılmalı və təsdiq pəncərəsi də Azərbaycan dilinə uyğun formatda təqdim olunmalıdır.
B2B Group
Sayt korporativ təqdimat üçün uyğun görünür, lakin real layihələrin göstəriciləri, case study nümunələri və “məktəbdən startapa yol” kimi insan yönümlü hekayələr hələ tam istifadə edilməyib. UX/UI düzgün işləyir, amma daha interaktiv modullar (“biz necə işləyirik?”, “nəticələr”, “tələbə - mütəxəssis yolu”) əlavə olunsa, şirkətin təsiri daha aydın görünər. Mobil uyğunlaşma qənaətbəxşdir. SSL aktivdir, sürət qənaətbəxşdir. “Sitemap” və meta strukturu SEO üçün minimal səviyyədə qurulub. Blog və ya knowledge base bölməsi olsa, həm Google indekslənməsi, həm də IT mütəxəssislərinin şirkətə marağı daha çox arta bilər.
Arenda.az
İstifadə rahatlığı və filtr sistemi müsbətdir. Lakin interfeys daha müasir vizual yanaşma ilə yenilənə bilər. Elanların doğruluğunu artırmaq üçün “verified” (təsdiqlənmiş elan) sistemi, xəritə üzərində axtarış, qiymət qrafikləri və statistik göstəricilər əlavə edilməsi və SEO baxımından strukturlaşdırılmış məlumat (schema.org real estate markup) tətbiq edilməsi tövsiyyə olunur.
SHI Studio
Sayt özü haqqında danışmır, özünü hiss etdirir :) Yaradıcılıq = Keyfiyyət tezisi saytda həm dizayn, həm animasiya, həm də mətn dili ilə qorunub. Bu, Azərbaycanda yeni nəsil dizayn düşüncəsinin formalaşdığını göstərən nümunələrdəndir. Saytın UX/UI yanaşması minimalistdir və ziyarətçi üçün vizual təcrübə ön plana çıxarılıb. Bununla belə, bəzi zonalarda loading vaxtı uzana bilər bu halda lazy-load və ya parçalı animasiya yüklənməsi tətbiq edilsə, kreativ axın daha sürətli hiss olunar. Sayt ilk açıldığında lokal dilə uyğun təqdim edilmir.
Delta Store
Sayt funksionaldır, lakin istifadə yönümlü filtr sistemi, cihaz müqayisə modulu, “əsas seçim tövsiyəsi” və ya “AI ilə seçim” kimi alətlər əlavə olunsa, istifadəçi qərar vermə prosesində daha az yorular. SEO strukturunda əsas kateqoriyalar indekslənib, lakin blog / knowledge base bölməsi daha aktiv olsa, Google-dakı görünürlük xeyli arta bilər. Mobil versiyada bəzi elementlər sıx görünür. PageSpeed optimallaşdırması ilə bu hissə yaxşılaşdırıla bilər.
on11.az
Platformada kifayət qədər imkan var, lakin informasiya arxitekturası istifadəçini yönləndirmir. Məqsəd ilk 5 saniyədə aydın ifadə olunmadığı üçün sayt “bir az qarışıq” təəssüratı yaradır. UX-də funksiyalar sadələşdirilərək mərhələyə bölünsə saytın dəyəri daha aydın görünər.
Texno Gallery
Saytda görüləcək çox işlər var. Azərbaycan dili versiyasında rus dilində sistem məntləri və məlumatlar var. Skriptlərin işləmə sürəti aşağıdır, səhifənin yüklənməsi və interaktiv elementlərin cavab verməsi ləng gedir. Bu, həm masaüstü, həm də mobil istifadəçi üçün rahatlığı azaldır, həm də SEO və bounce rate baxımından mənfi təsir yaradır. Əsas səhifədə vizual elementlərin ixtisarı, prioritet blokların seçilməsi, skriptlərin optimallaşdırılması (lazy-load, birləşdirilmiş/minify edilmiş JS/CSS) və daha yüngül struktur tətbiqi vacibdir.
Texno İmperiya
Əsas səhifə nisbətən sadə görünür, amma məhsul strukturu və navigasiya hələ də “kataloq” düşüncəsi üzərində qurulub. Bu isə istifadəçi üçün istiqamət vermir. Daha çox “mən nə edim?” hissi yaranır, “mənə nə təklif edilir?” hissi yox olur. Skriptlərin cavab sürəti aşağıdır, JS/CSS optimallaşdırması və PageSpeed göstəricilərində ləngimə var. Mobil versiyada bəzi bloklar sıx görünür. Ümumi quruluş iş görür, amma “sürətli sayt” təsiri yaratmır və bu sahədə rəqabət yüksəkdir.
İndigo Printing House
Çap sektorunda rəqəmsallaşma yalnız vitrinlə mümkünsüzdür. Onlayn kalkulyator, dizayn yükləmə sistemi, qiymətləndirmə formulu, real-time qiymət dəyişiklikləri və ya hazır şablonlarla “sürətli sifariş” modulu yaradılarsa sayt sırf təqdimat platforması yox, fərdi çap xidməti üzrə rəqəmsal əməliyyat sistemi rolunu oynaya bilər. Nəticə olaraq Indigo.az görünür, amma işləmir
Hyper Titan
Klassik e-commerce modelini təkrarlayır: məhsul kataloqu, filtr sistemi, endirim bölməsi və taksit imkanı mövcuddur. Lakin saytın strukturu daha çox offline mağazanın online versiyasına bənzəyir. İstifadəçi üçün yol göstərən, yönləndirən və seçim etməsini asanlaşdıran interaktiv UX yoxdur; bu səbəbdən dəyər təklifinin cavabı vizual olaraq hiss olunmur. Əsas səhifə məhsulla doludur, lakin məlumat çox – məna azdır. Taksit, ən sərfəli seçim, ofis üçün optimal paketlər və ya müqayisə bölməsi kimi xidmət yönümlü funksiyalar vizual olaraq irəli çıxarılsa, sayt sadəcə vitrin yox “rəqəmsal alıcı bələdçisi” rolunda çıxış edə bilər. Şablon dizayn işləyir, lakin PageSpeed aşağı və JS yüklənməsi ağırdır. Mobil versiyada bəzi elementlər sıx görünür, klik zonaları genişlənməlidir. SEO strukturu hazırdır, lakin açar sözlər hədəfsiz yerləşdirilib, axtarış sistemlərində real üstünlük yaradılmır.
Euro Tech
Sayt vizual olaraq çox mətn və blokla yüklənib, ilk baxışda aydın struktur hiss olunmur və istifadəçi nə etməli olduğunu tez anlaya bilmir. Skriptlərin yüklənmə sürəti aşağıdır, xüsusilə mobil versiyada klik zonaları dar və bəzi elementlər sıx görsənir. Məhsul kataloqu işləyir, amma UX yönləndirici deyil, istifadəçi seçim etməkdə kömək almır və sadəcə mağaza vitrini təsiri yaranır. Performans optimallaşdırması, daha aydın menyu strukturu və seçim bələdçisi kimi interaktiv funksiyalar əlavə olunsa sayt daha aydın və effektiv görünər. Hazırkı formada sayt işləyir, amma istifadəçi üçün rahat deyil və texniki cəhətdən yüngülləşdirilməyə ciddi ehtiyac var.
KorpON
Sadə wordpress. Sayt ümumilikdə işlək görünür, lakin performans ciddi problemlər yaradır? səhifələr çox ağır yüklənir və skriptlərin cavab sürəti aşağıdır. Bu vəziyyət istifadəçi təcrübəsini zəiflədir və xüsusən mobil versiyada yavaşıma daha kəskin hiss olunur. Rəqəmsal xidmət platforması üçün sürət əsas göstəricidir. Saytın texniki optimallaşdırılması, lazy-load, kodların sıxılması, skriptlərin birləşdirilməsi və s. vacibdir. Təəssüf ki, qiymətləndirmə mümkün olmadı
Personal.az – HR & Attendance Controller System
Sayt normal dizayna malikdir. Lakin istifadəçiyə sistemi başa salmır, nə etmək lazım olduğunu ilk baxışda anlamaq olmur. Məlumat çoxdur, izah azdır. Mobil versiyada klik zonaları bir az sıx və bəzən skriptlər gec reaksiya verir. Hazır formada potensialı var, amma izah edən yox, sadəcə məlumat verən sayt təəssüratı yaradır.
Art & Smile Dental Clinic
Saytda istifadə olunan şəkillərin ölçüsü həddindən artıq böyükdür və bu, səhifələrin yüklənmə sürətini aşağı salır. Xüsusilə mobil versiyada bu ləngimə daha kəskin hiss olunur. Şəkillərin ölçü optimallaşdırılması (WebP formatı, lazy-load və compression) mütləqdir hazır vəziyyətdə sayt estetik görünür, amma texniki cəhətdən ağır işləyir.
Shtat.az
Sayt ideya baxımından güclüdür, amma ilk baxışda süni intellekt əsaslı sistem olduğu aydın hiss olunmur izah edən yox, təqdim edən formada qurulub. Quruluş yüngül olsa da, bəzi bölmələrdə skript gec reaksiya verir və mobil versiyada klik zonaları sıxdır. Ümumən sayt özünü izah edir, amma özünü göstərmir. AI əsaslı sistem olduğu daha güclü qabardılarsa təsiri xeyli artar.
STUDIO.AZ
Saytın vizual dili peşəkar görünür. Skriptlərin yüklənməsi normaldır, amma bəzi vizual elementlər yüksək ölçülüdür və mobil versiyada yüklənmə sürətinə təsir edir. Mobil versiya vizual olaraq uyğunlaşıb. Meta-title və description optimallaşdırılıb. Fəaliyyətinizdə uğurlar arzu edirəm
ADA Universitetinin Kitabxanası
ADA Library müasir akademik infrastrukturu təmsil etsə də, bu nominasiya üzrə təqdim olunan səhifə tam rəqəmsal platforma statusunu daşımır. Nominasiya kriteriyalarına əsasən resurs müstəqil domen, funksional struktur və istifadəçi yönümlü digital platforma kimi təqdim olunmalıdır. Bu səhifə isə universitetin ümumi saytının bir alt kateqoriyası olduğu üçün tam qiymətləndirməyə uyğun deyil. Səhifə yalnız ingilis dilində təqdim edilir və Azərbaycan dilinə lokalizasiya olunmayıb. Bu isə resursun ölkə üzrə geniş istifadəçi kütləsi üçün əlçatanlığını azaldır və milli auditoriyanın rəqəmsal savadlılığına xidmət etmir. Dərin incələmə imkanı məhduddur. Səhifə yalnız informativ təqdimat formatındadır və resurslara giriş ADA sistemi daxilində məhduddur. Xarici istifadəçi üçün nə resurslarla tanışlıq, nə də interaktiv funksionallıq mümkündür. Buna görə də layihə geniş analiz üçün uyğun deyil və nominasiya kriteriyalarına tam cavab vermir. Nəticə etibarilə, bu resursu bu nominasiya çərçivəsində məhdud formatda qiymətləndirmək mümkündür, geniş analizinə ehtiyac duymur. Gələcəkdə bu kitabxananın ayrıca domain və müstəqil platforma kimi təqdim olunması NETTY üçün daha uyğun və obyektiv qiymətləndirmə şansı yaradardı.
Azərbaycan Dövlət Aqrar Universitetinin rəsmi saytı
Klassik universitet saytından daha çox, modullar üzrə qurulmuş strukturlaşdırılmış rəqəmsal təhsil sistemi təsiri bağışlayır. Fakültələrin ayrıca subdomainlərdə təqdim olunması, Tələbə Nailiyyət Sistemi, Davamlılıq, elmi jurnal və kitabxana kimi modulların müstəqil domenlər üzərində fəaliyyət göstərməsi universitetin informasiya və idarəetmə proseslərini vahid ekosistem şəklində rəqəmsallaşdırmaq istiqamətində ciddi yanaşma olduğunu göstərir. Vebsayt yalnız informativ resurs yox, modullar üzrə qurulan və real istifadədə olan rəqəmsal təhsil sisteminin ilkin mərhələsini təqdim edərək inkişaf etdiyini düşünürəm. İlk rəqəmsal aqrar təhsil modeli kimi formalaşdırılan bu resurs gələcəkdə ölkədə aqrar təhsilin rəqəmsal modeli kimi təqdim oluna biləcək səviyyəyə yüksələ bilər. UX baxımından rəng və brend xətti qorunub, responsivlik qənaətbəxşdir və CMS sabit işləyir. Gələcəkdə bütün modulları vahid dizayn və Smart Search üzərinə birləşdirmək həm UX-i, həm də istifadəçi hərəkət axınını daha da gücləndirə bilər.
StarKidStories
Vebsayt ümumi olaraq maraqlı layihədir. Lakin, düzgün nominasiyada olduğunu düşünmürəm. Sosial şəbəkə ikonları var, lakin mövcud layihənin səhifələrinə keçid etmir. Sadəcə sosial şəbəkələrin əsas səhifələri açılır. Hekayələr haqqında nələr söyləyirlər bölümü formal xarakter daşıyır. Manual əlavə edilmiş və digər dillərdə də ingilis dilində görünür. İnnovativ baxımdan yüksək qiymətləndirilir lakin elm, təhsil və rəqəmsal savadlılıq baxımından qiymətləndirməyin doğru olduğunu düşünmürəm. Fəaliyyətinizdə uğurlar arzu edirəm
Birlab
Sayt ilk təəssürat olaraq vizual güc və kreativlik üzərində qurulmuşdur. Qara fon, iri typoqrafiya və interaktiv animasiyalı giriş hissəsi brend imicini vurğulamağa çalışır. Lakin məzmun və funksionallıq hissəsində tam balans qorunmayıb. Kreativ yanaşma və fərqli vizual üslub diqqət çəkir; brendin tonunu hiss etdirmək istəyir. UI dizayn estetik baxımdan maraqlıdır, müəyyən hissələrdə müasir görünüş əldə olunub. Saytın identik “rəqəmsal imza” ideyası nəzəri olaraq güclü təsir yaradır, potensial vardır. UX ilə bağlı mənfi vəziyyətlər var. portfolio, loqo və xidmətlər klik edilə bilmir, keçidlər interaktiv deyil. Slayd forması çox uzundur, istifadəçi üçün 5-6 dəfə scroll etmək məcburiyyətə çevrilir. PDF təqdimat avtomatik yüklənir, öncə browserdə önbaxış təmin olunması daha məqsədəuyğun olar.
RestoPOS - Restoran İdarəetmə Sistemi
İdeya yaxşıdır. lakin, icra zəifdir. Vebsayt single page üzərində qurulub. SEO üçün əlverişli deyil. Eyni zamanda DEMO təqdimat mövcud deyil. UX baxımından çox zəifdir.
HI Marketing Agency
Sayt vizual olaraq müasir görünüşə malikdir, lakin ümumi struktur və texniki tətbiq baxımından bir sıra çatışmazlıqlar hiss olunur. Resurs əsasən single-page üzərində qurulduğu üçün dərinlik, kontent iyerarxiyası və SEO baxımından xeyli məhdudiyyət yaradır. Axtarış sistemləri üçün ayrıca URL-lərin olmaması, meta strukturların zəifliyi və kontentin bir səhifəyə toplanması optimallaşdırmanı ciddi şəkildə zəiflədir. Xidmət bölməsində ikonların düzülüşündə responsivlik problemi var, bəzi ikonlar aşağı düşür, bəziləri bir sırada qalır və bu, vizual balansı pozur. Sosial şəbəkə ikonlarında YouTube düyməsi mövcuddur, lakin real keçid əlavə edilməyib; əgər YouTube kanalı fəaliyyət göstərmirsə, ikonun saxlanması istifadəçidə yalnış gözlənti yaradır. Ümumi dizayn rəng baxımından qəbulolunandır, lakin ölçülərin və boşluqların adaptasiyası qeyri-bərabərdir. Bu, xüsusilə mobil versiyada daha çox nəzərə çarpır. Kontent yığcam olsa da, bəzi bölmələrdə vizual elementlərin ölçüsü lazımsız dərəcədə böyükdür.
Yoova
İdeya və funksional model olaraq bazarda yenilikçi bir yanaşma təqdim edir, lakin vebsaytın özü həm istifadəçi təcrübəsi, həm də texniki icra baxımından hələ tam formalaşmış, olğun platforma təsiri yaratmır. Sayt minimalist dizayna malikdir, lakin struktur baxımından informasiya qatları azdır və investisiya kimi həssas bir mövzu üçün lazım olan dərinlik, şəffaflıq və çoxsəviyyəli məlumat təqdimatı kifayət qədər geniş deyil. İnvestisiya riskləri, hüquqi çərçivə, gəlir proqnozları və pay bölgüsü mexanizmi ilə bağlı məlumatların yalnız ümumi şəkildə verilməsi istifadəçidə etibarlı qərar üçün lazım olan detalları görməsinə mane olur. Texniki baxımdan sayt sürətli açılır, lakin SEO baxımından açar söz strukturu və meta məlumatlar üzrə hələ optimallaşdırma tələb edir.
Saats.az | Azərbaycanın Saatsazı
Ümumi struktur, kateqoriyaların təqdimatı və məhsul kartlarının vizual dili baxımından klassik, istifadəçi dostu e-commerce yanaşmasını qoruyur. Saytın məhsul səhifələrində təqdim olunan iki innovativ funksiya “Saat ölçüsünü müqayisə et” və “Saatı qolunda gör” yerli bazarda nadir rast gəlinən texniki həlldir və istifadəçi qərarverməsinə real dəyər qatır. Bu cür interaktivlik onlayn alış prosesində etimadı artırır və fərqləndirici üstünlükdür. Bəzi şəkillərin ölçü optimallaşdırılması nəticəsində yüklənmə sürəti artırıla bilər. UX-də bəzi elementlər (filterlər, sort bölməsi və s.) daha modern interaksiyalarla zənginləşdirilə bilər. SEO baxımından strukturlaşdırılmış data genişləndirilə bilər (product schema, review schema və s.)
GBARU
GBARU ideya olaraq çoxşaxəli B2B əlaqə platforması kimi dəyərli yanaşma təqdim edir, lakin vebsaytın texniki və istifadəçi təcrübəsi tərəflərində ciddi optimizasiya ehtiyacı hiss olunur. Sayt açıldığı anda yükün çox olması səbəbilə gec yüklənir və bu, həm istifadəçi axınını azaltmaq, həm də konversiya göstəricilərinə mənfi təsir göstərmək potensialına malikdir. Navigasiya hissəsi kifayət qədər geniş və çoxqatlıdır, nəticədə menunun strukturu qarışıq görünür. İstifadəçi üçün hansı bölmənin hansı funksiyanı daşıdığı ilk baxışda tam aydın olmur. Bu isə böyük həcmli platformalarda xüsusilə vacib olan ierarxiya sadəliyi prinsipinin pozulmasıdır. Vebsaytda bir çox vizual elementlər var, amma bəzi şəkillər ümumiyyətlə açılmır, bu isə həm server optimallaşdırması, həm də media fayllarının idarə edilməsi baxımından problemlər olduğunu göstərir. Şəkillərin yüklənməməsi yalnız vizual keyfiyyətə deyil, həm də rəqəmsal etibarlılığa təsir edir.
Dizayn baxımından bütün modullar eyni blokda toplanıb və bu səbəbdən səhifə çox yüklü görünür. Platformanın məqsədi B2B funksionallıq təmin etmək olsa da, informasiya sıxlığı istifadəçinin rahat hərəkət etməsinə mane olur. Səhifədə təkrar elementlər, böyük boşluqlar və eyni tip kartların çoxluğu məzmunun oxunaqlığını zəiflədir.
Əmlak PRO
Platformaya daxil olduqda istifadəçi yalnız qeydiyyat ekranı ilə qarşılaşır və heç bir ilkin məlumat, funksionallıq, elan strukturu və ya layihənin imkanları barədə təsəvvür əldə etmir. Bu, həm istifadəçi təcrübəsi, həm də layihənin ümumi etibarlılığı üçün ciddi məhdudiyyət yaradır. Saytın bütün funksiyaları yalnız qeydiyyatdan sonra əlçatandır. İstifadəçi nə elanlara baxa bilir, nə kateqoriyaları, nə xidmətləri. Bu, xüsusilə marketplace-lərdə qəbul olunmayan təcrübədir.Əsas səhifə yoxdur. Təqdimat, məlumat, nümunə elanlar, xidmət təsviri, qiymətlər və ya statistika yerləşdirilməyib. Açıq şəkildə görünən public vitrin yaradılmalıdır
Travacco
Vebsayt turizm şirkətləri üçün hazırlanmış CRM/ERP tipli kompleks idarəetmə platformasıdır və funksional olaraq sektorda real tələbatı qarşılayan bir həll təklif edir. Lakin mövcud vebsayt sistemi layihənin potensialını tam şəkildə nümayiş etdirmir və istifadəçi təcrübəsinə mənfi təsir edən bir sıra texniki uyğunsuzluqlar mövcuddur. Sayt default olaraq rus dilində açılır, bu isə Azərbaycanın lokal auditoriyası üçün uyğun deyil, istifadəçinin güvənini azaldır, axtarış sistemlərində Azərbaycan dili üzrə indeksləşməni zəiflədir. Azərbaycan dili versiyasında hansı bölməyə klik edirsənsə, avtomatik rus versiyasına atır. Azərbaycan dili istifadəçisi hər addımda ikinci dəfə dil seçməyə məcbur olur. Yəni link routing düzgün qurulmayıb və bütün lokalizasiya mexanizmi faktiki olaraq işləmir. Bu həm texniki, həm UX, həm də SEO baxımından ən problemli məqamlardan biridir. Ümumi dizayn köhnə üslubdadır
Oyun Studiyası
Sayt faktiki olaraq yalnız giriş ekranından ibarətdir, menyu bölmələri boşdur, komanda, oyunlar, portfolio və media üçün heç bir məlumat təqdim olunmur. Dil yalnız ingilis dilindədir, mobil uyğunlaşma və SEO optimizasiyası isə minimal səviyyədədir. Studiyanın uğur və yüklənmə rəqəmləri nəzərə alınsa, bu sayt həm brend dəyərini, həm də marketinq imkanlarını məhdudlaşdırır. Ümumilikdə sayt daha çox vizual poster təsiri bağışlayır və oyun studiyası üçün tələb olunan informasiya dərinliyini təmin etmir.
Memory Name
Vizual olaraq səliqəli, strukturlaşdırılmış və istifadəçi yönümlü dizayna malikdir. Xidmətlərin aydın kateqoriyalaşdırılması, “əvvəl-sonra” vizual nümayişləri, sifariş prosesinin sadəliyi və ümumi UX baxımından güclü təsir bağışlayır. Platforma eyni zamanda qeyri-adi və Azərbaycanda az rast gəlinən xidmət sahəsinin rəqəmsallaşdırılması baxımından innovativ görünür. Lakin müəyyən çatışmazlıqlar da nəzərə çarpır: ürək (like) ikonu idarəolunmaz görünür, bəzi fotolar yüklənmədən boş zonalar yaradır, həmçinin xidmətlərin təqdimatında vizual balans bəzən pozulur. “Xatirə divarı” və “Nekroloq” bölmələri boş olduğundan ana səhifədə funksional boşluq effekti yaradır. Bəzi blokların aralıqları çox geniş olduğu üçün səhifə aşağıya doğru həddindən artıq uzanır bu isə istifadəçi axışını zəiflədir. Ümumilikdə, layihə ideya baxımından güclüdür, interfeys modern görünür, lakin vizual optimizasiya, bəzi UI elementlərinin sabitləşdirilməsi, şəkillərin kompressiyası və boş bölmələrin düzgün idarə olunması saytı daha peşəkar səviyyəyə qaldıra bilər.
AvtoMoto Azərbaycan
Sayt çox qarışıqdır. Həmkarlarımında qeydinə məndə qatılıram. Qaçan sətrlərin sürəti həddindən artıq çoxdur. Xəbərdar edici pəncərələr sayta daxil olan kimi bütün fikri yayındır. Pəncərədəki mətnlər türk dilindədir. Baş səhifə o qədər yüklənibki şəkillərin yüklənməsində problem yaşanır və bir çox şəkillər açılmır. Ümumiyyətlə saytın strukturu tam yenidən formalaşdırılmalıdır.
SƏRBƏST.AZ
İlk baxışdan özünü müasir freelancer marketplace kimi təqdim edir, lakin interfeys və UX baxımından bir neçə kritik məqam dərhal nəzərə çarpır. Ümumi görüntü təmizdir, lakin platforma Over-used hazır template havası verir və unikal brend ruhu tam formalaşmayıb. Çoxlu vizual doluluq, böyük şəkillər və uzun scroll istifadəçidə yoruculuq yaradır. Kateqoriyalar, kartlar və xidmətlər hissəsi çox geniş yayılmış marketplace şablonunu xatırladır və istifadəçi yaddaşında fərqli iz buraxmır.
Sharaf Media reklam agentliyi
Saytın Azərbaycan dili bölümündə slayder üzərindəki yazılar ingilis dilindədir. Zəng sifariş etdim, əlaqə yaradan olmadı. Sayt xidmətlərin siyahısını göstərir, amma istifadəçiyə “haradan başlamalıyam?” sualının cavabını vermir. Çoxlu informasiya var, məna isə aydın deyil. İlk ekranda xidmət yox, problemi həll edən mesaj görünməlidir.
Buro.az - Azərbaycanın məlumat bürosu
Faydalıdır. Lakin, həm ümumi sayt olaraq, həm də informasiya zəngiliyini baxımından inkişaf etdirilməlidir. Vebsaytın SEO strukturu minimal səviyyədədir. “Case study” səhifələri açıq indekslənərsə, studiya yalnız gözlə yox, Google-da da “tapıla bilən” brendə çevrilər.
Tesbeh.al
Kataloqun filtrlənməsi əsas səviyyədədir, lakin “premium”, “limitsiz kolleksiya”, “əllə hazırlanmış” kimi brend dəyərlər hələ marketinqdə kifayət qədər vurğulanmayıb. “Blog” bölməsi var, amma aktual kontent görünmür, halbuki SEO və brend kimliyi üçün burada çox böyük potensial var. Sayt ümumən işləkdir, lakin 2025 trendinə görə lazım olan modern mikroanimasiyalar, premium UX effektlər və məhsul icmalları yoxdur. Ödəniş və checkout hissəsi sadədir, amma konversiya üçün psixoloji trigerlər (sürətli çatdırılma, zəmanət, real istifadəçi rəyləri, “hədiyyə qutusu” seçenekləri) çatışmır.
Giftarex.com
Domain işləmir.
Ticarətin Rahat Yolu, satış proqramı, anbar proqramı
Saytının dizaynı və istifadəçi təcrübəsi (UI/UX) ilə bağlı ümumi təəssüratlar: Sayt minimal və peşəkar görünür, lakin rənglərdə daha güclü kontrast UX-i yaxşılaşdıra bilər. Navigasiya: Kateqoriyalar yaxşı təşkil olunub, lakin menyunun daha nəzərəçarpan olması istifadəçi üçün rahatlıq yaradar. Mobil Uyğunluq: Sayt responsivdir, lakin bəzi elementlər mobil ekranlarda kiçik və sıx görünür. Main menu saytın üst panelində aktiv görünməsi olunur. Məzmunun artırılmasına ehtiyac var
CompStore.az
Vebsaytın yeni müasir formada yenilənməsinə ehtiyac var. Ümumi test göstəricilərinin nəticələri orta səviyyədədir. Digər saytlarla müqaisədə göstəricilər aşağıdır. Məsələn səhifənin optimizasiyası göstəriciləri. Şriftlər, rənglər balanslaşdırılmalıdır.
PRAYK
PRAYK vizual olaraq rəqabətədavamlı, geniş kateqoriyalı marketplace kimi görünür, lakin həmkarımında qeyd etdiyi kimi “Azərbaycanda №1 super tətbiqdir” iddiası həm hüquqi, həm də rəqabət baxımından risklidir. Bu cür şüar yalnız o zaman qəbulolunur ki, platforma real statistikalarla bunu sübut etsin istifadəçi sayı, satış həcmi, yüklənmə göstəriciləri, bazar payı və s. AI chat bot sorğunu emal edə bilmədi, ardıcıl iki texniki xəta göstərir. Bir neçə dəfə cəhd etsəm də yeni eyni xəta ilə qarşılaşdım. Marketplace hissəsi genişdir, lakin çox tətbiqlərin vizual strukturunu təkrarlayır, diferensiasiya zəifdir.
MiniModa
Sadə dizayn olunub. Məzmunun yenilənməsinə ehtiyac var.
MaxPOS
Dizayn müasir üslubdadır. Bəzi sistem mətnləri ingilis və türk dilindədir. Yorucu deyil. Layihənin məqsədi haqqında və istifadəçilərdən gələn dataların istifadəsi ilə bağlı məlumatların yazılması tövsiyyə olunur. Qaydalar və şərtlər həmçinin Məxfilik şərtləri bölümlərinin yaradılması tövsiyyə olunur. Məsuliyyət və texniki dəstək bölümü işləmir
DOPAMIN.AZ
E-ticarət funksionallığı zəifdir. Səbət sistemi yoxdur. Ödəniş platforması inteqrasiya edilməyib. “Checkout” prosesi yoxdur yalnız WhatsApp-a yönləndirir. Məhsul təsvirləri çox qısadır. Meta tag-lar zəifdir. Şəkillərin alt-tag-ları yoxdur. Bəzi məhsullar real foto ilə, bəziləri AI/stock görüntüylə qarışıq verilib brendin etibarlılığını azaldır.
HUZURCO
Düşünürəm ki, bu formada olan iştirakçıları ümumiyyətlə yoxladıqdan sonra müsabiqəyə qəbul etmək lazımdır. Bir sayt kimi qiymətləndirmək mümkün deyil
Kənd Məhsulları
Sayt vebdizayn adına zəifdir. Elementlərin və ümumi səhifənin ölçüləri düzgün təyin edilməyib. Ümumiyyətlə saytın məzmununun yenilənməsinə ehtiyac var. Şriftin dəyişdirilməsi və balanslaşdırılması tövsiyyə olunur
Work.az
Karyera ekosistemi üçün vacib bir boşluğu dolduran, aydın struktura malik innovativ platformadır. Layihə həm iş axtaranlar, həm də işəgötürənlər üçün səliqəli, intuitiv və funksional mühit yaradır. İstifadəçi interfeysi minimalistik dizayn prinsiplərinə əsaslanır və platforma vizual olaraq müasir, yığcam və korporativ görünür. Axtarış sistemi, vakansiya kartları və filtr seçimləri iş axtaranların operativ qərar verməsini asanlaşdırır. Platformanın fərqləndirici tərəfi klassik iş elanlarından əlavə frilanser tapşırıqları, mentorluq xidməti, tədbirlərin elan olunması, həmçinin portfolioların idarə olunması kimi daha geniş xidmət ekosistemini bir araya gətirməsidir. Bu model Azərbaycanda hələ formalaşmaqda olan karyera mədəniyyəti üçün əhəmiyyətli dəyər yaradır. Bununla yanaşı, platformanın giriş ekranındakı kommunikasiya mesajları daha emosional və güclü təsiredici formada təqdim oluna bilər. Hazır struktur funksional olsa da, istifadəçi psixologiyası baxımından daha motivasiyaedici "value proposition" əlavə edilməsi platformanın rəqabət gücünü artırar.
Digital Expo Center
İnnovativ, funksional və real ehtiyaca cavab verən bir virtual tədbirlər ekosistemidir. Rəqəmsal sərgi bazarında lokaldan kənara çıxmaq potensialına sahibdir və düzgün brend kommunikasiyası ilə beynəlxalq səviyyədə də yüksək rəqabət göstərə bilər. VR inteqrasiyası güclü olduğu halda, bu üstünlüyün marketinqdə ön plana çıxarılması hələ zəifdir. Daha aydınlaşdırılmış “value proposition” və fərqləndirici mesaj platformanın identikliyini gücləndirər.
SELFBAR
Həm vizual, həm texnoloji, həm də ideya baxımından Azərbaycanda innovativ retail sektorunun ən real nümunələrindən biridir. Genişlənmə və məhsul kateqoriyalarının artırılması ilə ölkədə yeni nəsil mikromarket standartını formalaşdırmaq potensialına sahibdir. Hazırda yalnız 5 nöqtədə fəaliyyət göstərməsi bazar təsirini məhdudlaşdırır, lakin konseptin genişlənmə potensialı çox yüksəkdir xüsusilə kampuslar, biznes mərkəzləri, idman zalları və ofislər üçün ideal həll hesab olunur.
Lamar.az
Maraqlı ideyadır. Portfoliolar zəif təqdim olunduğunu düşünürəm, usta və mütəxəssislərin etibarını artıran əsas blok hələ inkişaf etməyib. GPS icazəsi verilmədikdə tətbiqin dəyəri bir anda düşür fallback mexanizmi zəifdir. Kateqoriya və filtr strukturu çoxaldıqca UI-də sıxlıq yaranacaq. Onboarding yoxdur, ilk dəfə daxil olan istifadəçi funksiyaları özü kəşf etməli olur.
Coffeein
Sosial kanallar baxımından çox güclü və enerjili təsir bağışlayır. Səhifə visual olaraq stabil brend kimliyinə sahibdir. Sosial şəbəkədə təmiz, müasir, enerjili və peşəkarlıqla idarə olunan brend obrazı yaradır. Kontent ritmi və üslubu üzrə bir çox yerli şirkət üçün nümunə ola bilər.
Be Positive Advertising Agency
Vizual cəlbediciliyə malik olsa da, agentlik səviyyəsində gözlənilən strateji kontent, nəticə əsaslı yanaşma və brend kimliyində ardıcıllıq çatışmır. Səhifə daha çox emosiya və özünü göstərmə üzərində qurulub, lakin real “agency performance narrative” zəifdir. Daha güclü "case-based", "problem-solution" formatlı kontent, vahid stilistika və professional ton of voice tələb olunur.
MURS AI
Vizual ardıcıllıq, mövzu intizamı və kontent ritmi yaxşı qurulub, səhifə fikir platforması xarakteri daşıyır və bu, səhifənin intellektual tonunu gücləndirir. Səhifənin potensialı daha genişdir: interaktivlik, video formatlar, sorğular vasitəsilə izləyici ilə təmas səviyyəsi daha da artırıla bilər
YOLZ
Kontentdə vizual üslub, brend dili və emosional əlaqə yoxdur. Paylaşılan şəkillər marketplace görünüşü yaradır və brendi ucuzlaşdırır. İnsan, həyat tərzi, test-drive, real istifadə vizualları olmadığı üçün YOLZ texnoloji brend kimi deyil, aksesuar satışı edən səhifə kimi görünür.
Zanbag brendi
Səhifədə insan ünsiyyəti azdır, analar, uşaqların gündəlik həyatı, real istifadəçi görüntüləri kontentdə minimaldır. Bu, satış qərarlarına təsir edən emosional komponenti zəiflədir. Videokontent çox azdır; 2025-də bu, böyük itki deməkdir. Reels və qısa təqdimat videoları satışa birbaşa təsir göstərir. Satış artırmaq və auditoriyanı daha aktiv etmək üçün mütləq videolar, real həyat kadrlı kontentlər, CTA-lar və informativ postlar əlavə olunmalıdır.
EURONET AZƏRBAYCAN
Saytın dizayn dili futuristik “cyber neon” estetikası üzərində qurulub və xidmət sahəsi ilə (bulud, kibertəhlükəsizlik, şəbəkə texnologiyaları) tam uyğun vizual identitet yaradır. Vizual konsistensiya qorunub. UX baxımından struktur funksionaldır, amma bəzi bölmələrdə informasiyanın çoxluğu nəzəri istifadəçilər üçün yüklənmə effekti yarada bilər. Buna baxmayaraq, saytın audutoriyası əsasən IT rəhbərləri, DevOps, dövlət qurumları və korporativ müştərilər olduğu üçün bu dərinlik normaldır.
Voxio
Dizayn baxımından çox təmiz, texnoloji və müasir görünür.
Konsepsiya düzgün seçilib, UI/UX yüksək səviyyədədir, bazarda real boşluğu doldurur. B2B və B2C üçün minimum paketlər göstərilməlidir (Basic / Pro / Enterprise). Açılış səhifəsində metateqlər (title, description, keywords) zəif görünür.
Digital Law Lab
https://dllab.tech/ - sayt işləmir
Digital Law Lab
Veb sayta bəzi internet provayderləri ilə daxil olmaq mümkün deyil. Bloklanıb və ya filtr tətbiq edilib. Mobil internetdən və ya VPN-dən istifadə edərək daxil olmaq mümkündür. Tilda-da qurulmuş vebsaytdır. Azərbaycan dilinə lokalizasiya olunmayıb. Bu isə resursun ölkə üzrə geniş istifadəçi kütləsi üçün əlçatanlığını azaldır və milli auditoriyanın rəqəmsal savadlılığına xidmət etmir.
Voices.az
Maraqlıdır. Lakin, təkmilləşdirməyə ehtiyac var. Xanım səsləndirilmələrində Ç, C və S hərflərinin səsləndirilməsi zamanı, dz, dj, ch kimi istifadə etməli oldum. Vergül zamanı pauzanı normal tətbiq etmir və s. buna bənzər bir çox vəziyyətlər var. Düşünürəm ki, vebsayt hələ təkmilləşdirmə mərhələsindədir. Saytın digər dil versiyalarında sistem mətnlərinin tərcümə edilməsinə ehtiyac var. Loginlə daxil olduqda https://app.voices.az/ - a keçid edir və əsas səhifəyə geri dönüş üçün hər hansı bir keçid tətbiq edilməyib. Fəaliyyətinizdə uğurlar arzu edirəm
MomentumAI
Mətnlərin orfoqrafik cəhətdən düzgünlüyünü yoxlamağını tövsiyyə olunur. Həmahənglik pozulur. Vebsaytın SEO strukturu minimal səviyyədədir. Resurs demək olar ki, single-page tərzində qurulduğu üçün dərinlik, kontent iyerarxiyası və SEO baxımından xeyli məhdudiyyət yaradır. Saytda görüləcək çox işlər var.
Birlab AI
Veb sayt işləmir. Ümumiyyətlə açılmış pəncərədə heç bir bölümə klik etmək mümkün deyil. Vizual baxdıqda isə “GPT-4o mini”, “Claude 3.7”, “DeepSeek-R1” və s. hər biri API vasitəsilə çağırılan xarici servisdir, yəqin ki özünüz model saxlamırsınız.
KODY.AZ
Faydalı resursdur. Sadə dizaynla tərtib edilib. Saytın fəaliyəti ilə bağlı daha ətraflı fikir çatdırmaq üçün giriş sloqanının dəyişilməsi tövsiyyə edərdim. Sayt Azərbaycan dilində tərtib olunsa da bəzi dərs başlıqları rus və ingilis dillərindədir. Bütün fəaliyyətinizdə uğurlar arzu edirəm
Dövlət Qulluğu İmtahan Portalı
İlk növbədə domain ilə bağlı fikrimi bildirmək istəyirəm. Niyə məhz info? Domen seçimi axtarış sistemlərində çox önəmlidir və bunun həm texniki, həm də psixoloji SEO təsirləri var. Dövlət qulluğu mövzusu həssas bir sahədir, istifadəçilər bu mövzuda rəsmi və yerli resursa daha çox inanırlar. İstifadəçilərin davranışında "az" domeni etibarlılıq siqnalı verir. Texniki baxımdan SEO üçün domen zonası (TLD) çox böyük rol oynamır, amma lokal auditoriya üçün və axtarış sistemlərinin geo-targeting alqoritmlərində müəyyən fərq yaradır..info domeni SEO üçün pis deyil, amma lokal siqnal vermir. Sayta gəldikdə isə sayt pis deyil. Bir az köhnə üslubdadır. Sizinlə rəqabətdə olan daha yenilikçi vebsaytlar var. Bu rəqabətdan geri qalmamağınız tövsiyyə olunur.
İxtisas.az
Rənglərin balanslaşdırılması tövsiyyə olunur. Saytın bəzi bölümlərində şəkillər əlavə edilməyib. Həmçinin bəzi şəkillər ümumiyyətlə yüklənməsi gecikir. Xaricdə təhsil bölümündə XaricdE tEhsil kimi qeydlər var. Ola bilsin bu SEO üçün indekslənməsi ilə əlaqələndirilib, lakin bunu texniki tərəfdə həlli var ki, üzdə görünmədən tətbiq etmik mümkündür. Bəzi kontentlərin bölümləri azlıq təşkil edir. Kontentin daha çox artırılmasına ehtiyac var
e-Edu - Kurs, Bağça, Tədris mərkəzi İdarəetmə Sistemi
Saytın rəng palitrası hazırda balanssız görünür. Hero bölməsində saturasiyası yüksək mavi rəngin geniş istifadə olunması vizual ağırlıq yaradır və ekran görüntüsündəki eyni mavi tonlarla üst-üstə düşdüyü üçün elementlərin bir-birindən seçilməsi zəifləyir. CTA düymələri fonla kifayət qədər kontrast yaratmır və diqqət cəlbetmə qabiliyyəti aşağıdır.
Rəng balansının yaxşılaşdırılması üçün daha yumşaq mavi tonlardan, açıq fonlardan və daha yüksək kontrastlı CTA rənglərindən istifadə olunması tövsiyə edilir. NETTY-ə təqdim etdiyiniz app.e-edu.az -a daxil oldum. Panel ümumilikdə funksional görünür, amma vizual prioritetləndirmə kifayət qədər zəifdir. İstifadəçi adı, profil bölməsi və ümumi status indikatorları “ikinci plana düşmüş” hissi yaradır. Bu elementlər normalda ən çox kliklənən, ən çox istifadə edilən funksiyalar olduğu üçün onların passiv görünməsi həm navigasiyanı çətinləşdirir, həm də vizual baxımdan sistemin canlılığını azaldır. Gecə–gündüz rejimi ikonunun dizaynı da kifayət qədər aydın deyil, ilk baxışda adi bir “settings” işarəsini xatırladır. Bu isə çox vacib bir UX prinsipinin pozulmasıdır: ikon ilk baxışda məna verməli, funksiyası bir saniyədə anlaşılmalıdır. Paneldə rəng tonlarının çox mavi olması UI elementlərinin bir-birindən ayrılmasını çətinləşdirir. Blokların arasındakı kontrast zəifdir, bəzi bölmələr sanki “bir fonda əriyib gedir”. Bu, həm yorğun görüntü yaradır, həm də məlumatın qavranılmasını ləngidir. Grafiklərin və widgetlərin dizaynında da vizual ağırlıq və balanssızlıq hiss edilir: ikonlar böyükdür, amma mətn daha kiçik və zəif görünür. Bu, iyerarxiyanı pozur. Ümumilikdə panel işləkdir, amma daha modern, daha nəfəsalan və daha intuitiv bir strukturla xeyli güclənə bilər.
Riyaziyyat Bilik Akademiyası
Vebsayt vizual olaraq rəngarəng və dinamik görünməyə çalışsa da, ümumi UI/UX, kontent keyfiyyəti və funksional tamlıq baxımından bir sıra ciddi uyğunsuzluqlar mövcuddur. Bu çatışmazlıqlar həm istifadəçi təcrübəsini zəiflədir, həm də platformanın professional imicinə mənfi təsir göstərir.
İlk növbədə, səhifə boyunca blok ölçüləri və vizual nisbətlərdə balans problemi hiss olunur. Bəzi bölmələr həddindən artıq boş görünür, digərlərində isə elementlər sıx yerləşdirilib. Bu, səhifənin ritmini pozur və istifadəçi üçün navigasiyanı çətinləşdirir.
“Populyar Kurslar” bölməsində cover şəkillərinin demək olar ki, eyni vizual tərtibatda olması ciddi çaşqınlıq yaradır. Eyni xanımın şəkillərdən təkrar-təkrar istifadəsi və eyni rəng tonlarının seçilməsi kurslar arasında fərqliliyi silir və istifadəçiyə seçim zamanı heç bir vizual referans vermir. Hər bir kursun özünəməxsus vizual kimliyi olmalıdır.
“Müəllimlərimiz” bölməsində isə həm texniki, həm kontent, həm də imic problemi mövcuddur: şəkillərin yüklənməməsi vizual keyfiyyəti aşağı salır, bütün kartlarda eyni müəllimin məlumatının təkrarlanması isə bölməni tamamilə natamam və qeyri-peşəkar göstərir.
“Haqqımızda” bölməsinin kontenti olduqca zəifdir. Akademiyanın fəlsəfəsi, missiyası, nəticələri, komanda strukturu və üstünlükləri aydın və təsiredici formada təqdim olunmur. Bu isə brendin dəyər təklifini tam çatdırmır və auditoriyanın inamını artırmır.
Menyu hissəsində “Oyunlar” adlı bölmə mövcud olsa da, faktiki olaraq aktiv deyil və daxil olmaq mümkün deyil. Bu cür yarımçıq bölmələrin mövcudluğu saytın tamamlanmamış və qeyri-funksional görünməsinə səbəb olur.
“Məzunlar” bölümündə cəmi bir tələbənin adının olması da informasiya baxımından kifayət etmir. Bu bölmə sosial sübut rolunu oynayır, lakin mövcud vəziyyətdə auditoriya üçün heç bir real dəyər yaratmır.
Ən kritik məsələlərdən biri isə “Yeniliklər və Xəbərlər” bölməsidir. Sonuncu xəbər 2022-ci ildə əlavə olunub və bu, platformanın fəaliyyətinin dayandığı və ya passiv olduğu görüntüsü yaradır. Xəbər axınının iki ildən artıq müddətdə yenilənməməsi həm istifadəçi, həm də SEO üçün mənfi siqnaldır.
Ümumilikdə, vebsaytın hazırki versiyası funksional və vizual baxımdan müəyyən potensiala malik olsa da, ölçü nisbətlərinin yenidən qurulması, unikal vizual kontent yaradılması, yarımçıq bölmələrin tamamlanması, kontentin dolğunlaşdırılması və aktivliyin bərpası kimi əsas istiqamətlərdə ciddi iş tələb edir. Bu dəyişikliklər həyata keçirildiyi təqdirdə sayt həm istifadəçi təcrübəsi, həm də brend imici baxımından əsaslı şəkildə güclənəcək.
ixtis.az – İnteraktiv Təhsil Bələdçisi
Faydalı ideyaya malik aktual platformadır, lakin vizual struktur, məlumatın ardıcıllığı, filter UX-i, cədvəlin oxunaqlılığı və xidmətlərin təqdimatı baxımından təkmilləşməyə ciddi ehtiyac duyur. Bu sahələrdə yenilənmə aparıldığı təqdirdə sayt həm daha peşəkar görünəcək, həm də istifadəçi üçün daha rahat və effektiv olacaq.
Python ilə Proqramlaşdırma
Python proqramlaşdırma bloqu üçün həddin artıq çox sadə və wordpress üzərində qurulmuş köhnə şablondur. Saytda görüləcək çox işlər var. Rəng tonları, menyu forması, baş səhifədə məlumatların strukturu və bir çox vəziyyətlər yenidən dizayn edilməlidir. Bəzi yerlərdə sistem mətnləri ingilis dilindədir. Sayt vebdizayn adına çox zəifdir.
Biomedical research
Elmi baxımdan güclü, çoxsahəli tibbi-analitik sistemdir və real terapevtik effektivliyin kəmiyyətcə ölçülməsi üçün dəyərli bir alətdir. Lakin platformanın veb dizaynı, vizual strukturu və istifadəçi təcrübəsi elmi məzmunun səviyyəsinə uyğun deyil və sayt ümumi görüntü baxımından zəif və natamam təəssürat yaradır. Saytın domeninin .org olması akademik məqsədlər üçün uyğundur, lakin dizayn minimalizmi və estetikası kifayət qədər professionallıq hiss etdirmir. Səhifədə vizual iyerarxiya zəifdir: başlıqlar, mətn blokları və kalkulyator bölmələri bir-birinə çox bənzər tonlarda təqdim edilib, fərqlənmə vizual olaraq çətinləşir. Geniş boşluqlar və blokların ölçü nisbətləri balanslı deyil, nəticədə səhifə həm sıx, həm də “hava boşluğu olmayan” struktura malik görünür. UI elementləri sürgülər, düymələr və məlumat bölgüsü, elmi alətə uyğun olsa da, modern veb interfeys standartlarını tam qarşılamır. Kalkulyator hissəsi çox məlumatlıdır, lakin istifadəçi üçün vizual yorucu təsir bağışlayır, komponentlər arasında ritm və struktur olmayıb. Eyni zamanda, sayt tamamilə İngilis dilində olduğu üçün yerli və regional istifadəçilər üçün dil alternativinin olmaması əlçatanlığı azaldır. Daha müasir UI, balanslı tipoqrafiya, daha cəlbedici layout və çoxdilli struktur tətbiq olunsa, platforma həm elmi auditoriya, həm də geniş istifadəçi kütləsi üçün daha inandırıcı və peşəkar təsir bağışlayacaq.
SevStudy
Vebsayt məzmun baxımından çox zəifdir. Populyar fənnlər bölümündə dərslərin adı olsa da cəmi hər birində 0 olaraq dərs olduğunu qeyd edilib. Cəmi 1 fərdi dərs var. Xəbərlər bölümündə cəmi 1 xəbər var və sentyabr ayında əlavə edilib. Xəbər axınının iki ildən artıq müddətdə yenilənməməsi həm istifadəçi, həm də SEO üçün mənfi siqnaldır. Ümumiyyətlə məlumatın zənginliyi saytın inkişafı üçün hədsiz vacibdir. Digər dillərə keçid etdiyimizdə və daha sonra logonun üzərinə klik etdiyimiz zaman yenidən Azərbaycan dili bölümünə keçid edir. Dostun məsləhəti bölməsi aktiv deyil. Saytda ümumi vəziyyətdə görüləcək çox işlər var
ONLİNE ENGLİSH CENTER
Sayt vebdizayn adına görə çox zəifdir. Ümumilikdə təhsil yönümlü bir resurs kimi fəaliyyət göstərməyə çalışsa da, saytın hazırkı vəziyyəti həm dizayn, həm texniki baxımdan, həm də kontent strukturu üzrə ciddi çatışmazlıqlarla doludur. Saytın ümumi görüntüsü köhnəlmiş bloq formatını xatırladır, rəng palitrası isə peşəkar platforma üçün tamamilə uyğunsuzdur. Parlaq yaşıl fon, qırmızı menyu xətti və mavi bloklar arasında heç bir vizual harmoniya yoxdur və bu, istifadəçi üzərində mənfi ilk təəssürat yaradır.cSəhifədə çoxlu informasiya var, lakin strukturlaşdırılmayıb; bölmələr bir-birinə qarışır, kartlar təkrarlanır və vizual iyerarxiya tamamilə pozulub. Məzmun bloklarının ölçüləri arasında balans olmadığı üçün istifadəçi gözünü davamlı olaraq itirir və baxış axını pozulur. Eyni xəbərlər, eyni şəkillər və təkrar postlar saytın natamam və nəzarətsiz olduğu görüntüsünü yaradır. Üstəlik, sağ paneldəki reklam bənzər şəkillər saytın ümumi keyfiyyətini daha da aşağı salır.
Naxçıvan Dövlət Universiteti-Tələbə Məlumat İnformasiya Sistemi
Tələbə Məlumat İnformasiya Sistemini qiymətləndirməyimiz üçün ilk növbədə demo login və şifrə təqdim edilməlidir. Təəssüf ki qiymətləndirmək mümkün olmadı.
GearDYP
GearDYP yol hərəkəti qaydaları imtahanına hazırlaşmaq üçün faydalı tətbiqdir, lakin UI/UX baxımından bir qədər köhnə görünür və daha modern dizayna ehtiyac duyur. Tətbiqin interfeysində ikonlar, rəng palitrası və komponentlər Material dizayn standartlarına uyğunlaşdırılarsa, istifadəçi təcrübəsi daha peşəkar görünər. Beynəlxalq səviyyədə qəbul olunan sürücülük imtahanı hazırlıq tətbiqləri ilə ayaqlaşdırmaq üçün bir neçə əsas həll vacibdir. Dünyada DMV Genie (ABŞ), Theory Test UK, Körkortplay Sweden kimi uğurlu tətbiqlərin hamısında “smart learning” istifadəçinin zəif olduğu mövzuları özü müəyyən edib ona uyğun təkrarlar təklif edən ağıllı öyrənmə sistemi mövcuddur. Bu mexanizm həm öyrənməni sürətləndirir, həm də nəticələri real şəkildə yüksəldir. İkinci vacib element tam imtahan simulyatorudur. Rəsmi imtahan formatına uyğun, zaman limiti olan və sonunda ətraflı analiz təqdim edən test modu istifadəçini psixoloji və praktiki baxımdan hazırlayır. Belə funksiyalar əlavə olunsa, GearDYP həm yerli istifadəçilər üçün dəyəri artan, həm də qlobal səviyyədə rəqabətə uyğun daha peşəkar bir tətbiqə çevrilə bilər.
NiyazED - Rəqəmsal təhsil həlləri platforması
Vizual və funksional baxımdan səliqəli, minimalist və istifadəçi-dostu yanaşma sərgiləyir. Tətbiq real ehtiyacdan doğduğu üçün dəyəri yüksəkdir. yarımillik, illik və digər qiymətləndirmə hesablama modulları müəllimlər üçün gündəlik prosesləri xeyli sadələşdirir. Xəbərlər, istifadəçi məlumatları və fərdiləşdirilə bilən ayarlar da ümumi istifadə rahatlığını artırır. Bununla yanaşı, interfeys dizaynında daha müasir mobil UI trendlərinə yaxınlaşmaq mümkündür: komponentlərin spacing-inin artırılması, vizual hierarchy-nin daha gücləndirilməsi, icon set-in yenilənməsi və ümumi brend stilinin daha aydın hiss olunması tətbiqi daha peşəkar göstərə bilər. Tətbiq funksionaldır və məntiqi tamdır, lakin gələcəkdə offline imkanlar, bulud sinxronizasiya, müəllim kabineti, analitika dashboard-u kimi genişlənmə potensialı mövcuddur. Ümumilikdə, düzgün istiqamətdə inkişaf edən faydalı və perspektivli bir edtech həllidir. Fəaliyyətinizdə uğurlar arzu edirəm
Agron
Maraqlı və faydalı lokal məzmun təqdim edir, lakin dizayn və funksionallıq baxımından köhnəlmiş görünür. Interfeys vizual olaraq ağırdır, elementlər sıx yerləşib və müasir UI/UX standartlarına uyğun deyil. Təhsil komponenti zəifdir və tətbiq daha çox əyləncə yönümlüdür. Reytinq və oyun müxtəlifliyi yaxşıdır, amma rəqəmsal savadlılıq nominasiyası üçün dərinlik çatmır. Ümumilikdə potensial var, lakin daha müasir dizayn və genişləndirilmiş təhsil mexanikaları tələb olunur.
Imtahanlar - İmtahan,Sınaqlar
Tətbiq həm abituriyent, həm magistratura, həm də yüksək vəzifə imtahanları üçün geniş kontent təqdim edən, strukturlu və peşəkar şəkildə hazırlanmış bir tətbiq təsiri yaradır. İmtahan variantlarının bolluğu, səviyyələr üzrə bölünməsi, nəzəriyyə və qeydlərin əlavə edilməsi, nəticələrin dərhal göstərilməsi və istifadəçi motivasiyasını artıran yarış mexanizmləri tətbiqin tədris dəyərini artırır. Vizual dizayn müasir, təmiz və rahatdır, naviqasiya asandır. Bununla belə, platformanın elmi-metodik əsaslandırmasının (kontentin mənbələri, sualların hazırlanma metodikası, ekspert kurasiyası) daha şəffaf göstərilməsi istifadəçi etimadını gücləndirə bilər. Ümumilikdə, nominasiya üçün yetkin, funksional və real auditoriya tərəfindən aktiv istifadə olunan bir tətbiqdir və rəqəmsal savadlılıq baxımından fayda təqdim edir.
Verbooze
İngilis dili öyrənməsində oyunlaşdırılmış yanaşmanı peşəkar dizayn və zəngin kontentlə birləşdirən müasir platformadır. Tətbiq həm vizual, həm funksional baxımdan premium səviyyədə hazırlanıb və istifadəçi motivasiyasını artıran bir çox mexanizmə malikdir. Lakin akademik qiymətləndirmə sistemlərinin dərinliyi və formal metodoloji əsaslandırma hissəsi zəifdir. Buna baxmayaraq, istifadəçilərin gündəlik praktika və söz ehtiyatını genişləndirməsi üçün güclü və əlçatan rəqəmsal vasitədir.
PlanetFM
Elmi və ekoloji savadlılığı artırmağa yönəlmiş nümunəvi rəqəmsal təşəbbüsdür. TikTok üzərində yüksək baxış rəqəmləri, dinamik təqdimat və peşəkar elmi kontent bu layihəni maarifləndirici media sahəsində ön sıralara çıxarır. Platforma elmi bilginin populyarlaşdırılması baxımından mühüm ictimai dəyərə malikdir
Ninja Mama Podcast
Maarifləndirici məqsəd daşıyan və qadınların sosial-intellektual inkişafına töhfə verən dəyərli layihədir. Mövzu seçimi güclü olsa da, kontent müxtəlifliyi və auditoriya ilə qarşılıqlı əlaqə baxımından inkişaf potensialı böyükdür. Səhifədə qonaqların çoxunun eyni stildə, oxşar mövzularda danışması dinamikanı zəiflədir. Reels strukturu çox təkrarlanır. Səhifənin icma yönümlü aktivliyi azdır. Sorğular, sual-cavablar, istifadəçi interaksiyası artırılsa nəticə daha güclü olar. Format dəyişmədiyi üçün izləyici üçün monoton görünə bilər. Layihənin vizual keyfiyyəti peşəkardır, lakin format dinamizmi artırılarsa daha yüksək effekt əldə oluna bilər.
Osmansoy
Səhifəsi geniş auditoriya üçün maliyyə savadlılığı sahəsində praktik və əlçatan məlumatlar təqdim edən sosial maarifləndirmə layihəsidir. Real həyatda qarşılaşan maliyyə problemlərinin sadə və anlaşılan şəkildə izah olunması layihənin əsas üstünlüyüdür. Lakin kontentin vizual müxtəlifliyi azdır, statistik və hüquqi istinadların göstərilməsi zəifdir, strukturlu tədris yanaşması formalaşdırılmayıb. Bu səbəbdən layihə sosial əhəmiyyət daşısa da, peşəkar standartlar baxımından daha sistemli, faktlara dayanan və vizual baxımdan zənginləşdirilmiş format tələb edir.
SAVADSİZ
Populyar elmi-mədəni kontent təqdim edən, geniş baxış kütləsi toplayan, mövzu seçimi baxımından güclü maarifçilik potensialı olan layihədir. Auditoriyanın marağına uyğun dinamik izah tərzi və yüksək baxış göstəriciləri layihəni uğurlu edir. Lakin kontentin elmi dəyərini artırmaq üçün faktlara istinad, mənbələrin göstərilməsi, vizual strukturun standartlaşdırılması və mövzu kateqoriyalarının sistemləşdirilməsi zəruridir. Ümumilikdə sosial təsiri müsbətdir, lakin peşəkar elmi-media platforması olmaq üçün inkişaf yeri böyükdür.
PlanetFM
Elmi maarifləndirmə sahəsində Azərbaycanda aparıcı təşəbbüslərdən biri kimi Instagram üzərindən cəmiyyətin elmi savadlılığını artırmağa yönəlmiş sistemli və məsuliyyətli fəaliyyət göstərir. Kontent informativ, brend kimliyi güclü və sosial təsiri yüksəkdir.
Tech Xəbər
Yerli informasiya məkanında texnologiya yönümlü analitik jurnalistikanın sağlam nümunəsidir. Portal həm kontent səviyyəsi, həm strukturlaşdırma modeli, həm də tematik ardıcıllığı ilə öz seqmentində güclü rəqəmsal media resursu kimi qiymətləndirilə bilər. Portal innovasiya mövzularında ictimai maarifləndirmə rolunu uğurla icra edir və istifadəçilərə qlobal texnoloji tendensiyaları anlamaqda real dəyər yaradır. Ümumilikdə Tech Xəbər həm məzmun keyfiyyəti, həm də informasiya təqdimatı baxımından rəqabətədavamlı və perspektivli media layihəsidir.
Rolik.az
Ölkədə səs aktyorlarını vahid marketplace modelində birləşdirən innovativ platformadır. Saytın interfeysi səliqəli, istifadəsi isə intuitivdir kişi, qadın, uşaq və xarici səslərin ayrıca kateqoriyalaşdırılması sifariş verənlər üçün seçim prosesini nəzərəçarpacaq dərəcədə asanlaşdırır. Menyuda olan bəzi bölümlər saytın digər dillərində mövcud deyil. Bütün dillərdə xidmətlərin hər biri eyni qaydada tərtib edilməsi tövsiyyə olunur
Azərbaycan Fotoqrafları Birliyi
Azərbaycan Fotoqrafları Birliyinin rəqəmsal platforması məzmun baxımından zəngin və institusional missiyasını aydın ifadə edən bir resursdur. Sayt foto irsinin qorunması, müsabiqələr, sərgilər və xəbər axını vasitəsilə yerli foto mühitinin aktivliyini göstərir və funksional informasiya mərkəzi rolunu oynayır. Lakin texniki və vizual tərəfdən müəyyən çatışmazlıqlar diqqəti cəlb edir. Saytın ümumi stilistikası köhnə görünür, elementlər arasında vizual balans tam təmin olunmayıb. Şrift ölçüləri bir çox bölmələrdə müxtəlifdir, bu da oxunaqlığı azaldır və dizaynın vahid estetikasına pozur. Bəzi bloklarda məlumatların təkrarlandığı hallar var və bu, kontent strukturunun optimallaşdırılmasına ehtiyac olduğunu göstərir. Dizayn baxımından platforma yenilənərsə vahid şrift sistemi, daha müasir vizual üslub, naviqasiyanın yüngülləşdirilməsi və kontent axınının optimallaşdırılması tövsiyyə olunur
WECOM ECOMMERCE XƏBƏRLƏRİ
İnformasiya məkanında elektron kommersiya, fintex, süni intellekt və logistika sahələrini bir platformada birləşdirən ixtisaslaşmış xəbər resursudur. Kontent tematikası aktuallığı, operativliyi və sahəyə professional yanaşması ilə seçilir. Platforma həm yerli, həm də qlobal E-commerce ekosisteminin trendlərini izləmək istəyən oxucular üçün dəyərli informasiya mənbəyidir. Bununla yanaşı, vizual tərəfdə bəzi uyğunsuzluqlar diqqət çəkir. Mətn və media fayllarının yerləşdirilməsində estetik natarazlıq var, şəkil ölçüləri, blok aralıqları və kontent nisbətləri bəzən vahid dizayn ritmini pozur. Bu da ümumi istifadəçi təcrübəsini zəiflədir və vizual harmoniyanın formalaşmasına mane olur. Layout-un optimallaşdırılması platformanın peşəkar görünüşünü daha da gücləndirə bilər.
Artflix
Sayt single-page quruluşundadır və bütün bölmələrin eyni səhifəyə yığılması naviqasiyanı çətinləşdirir, istifadəçi təcrübəsini zəiflədir. Dizayn baxımından rəngarəng olsa da, çoxsaylı təkrarlanan şəkillər, davamlı kart strukturu və boş qalan bloklar ümumi harmoniyanı pozur və saytın tamamlanmamış görünməsinə səbəb olur. Dil lokallaşdırması da tam deyil Azərbaycan dili seçilsə də, sistem mətnlərinin əksəriyyəti ingiliscə qalıb. Kontent çatışmazlığı isə daha ciddi problemdir: bəzi bölmələr boşdur, əsərlər təkrarlanır, xəbər və elan bölümləri yoxdur, rəssamlar haqqında məlumat verilməyib, icma və kurasiya elementləri formalaşdırılmayıb. Hüquqi informasiya da tamamilə absentdir məxfilik siyasəti, istifadə qaydaları, müəlliflik hüquqlarının qorunması və ödəniş şərtləri təqdim olunmayıb. Bu, xüsusilə sənət əsərlərinin alqı-satqısına yönələn platformalarda kritik əhəmiyyət daşıyır. Texniki baxımdan mobil uyğunlaşmada, şəkil optimizasiyasında və SEO strukturunda çatışmazlıqlar müşahidə olunur. Sayt ümumi təəssüratda şablon əsaslı ilkin versiya təsiri yaradır. Konseptual olaraq maraqlı layihədir, lakin mövcud formada həm funksional, həm dizayn, həm kontent, həm də hüquqi baxımdan tam hazır deyil və NETTY standartlarına cavab vermir. Potensial olsa da, əhəmiyyətli tamamlanma və peşəkarlaşdırma tələb olunur.
Reax
Sosial şəbəkə təşəbbüsü kimi maraqlı layihədir, lakin təqdimat və texniki əsaslandırma baxımından bir sıra ciddi boşluqlar görünür. Platformanın funksionallığını qiymətləndirmək üçün demo login və şifrə təqdim edilməməsi sistemin real imkanlarını görməyə mane olur və şəffaflıq hissini azaldır. Məxfilik siyasəti bir sosial şəbəkə üçün kifayət qədər primitiv təsir bağışlayır. Məlumatların toplanması, saxlanması, paylaşılması və təhlükəsizlik mexanizmləri barədə detallar yoxdur. Domainin .space zonasında olması da yerli auditoriyaya yönəlmiş sosial şəbəkə üçün doğru brend mövqeləndirməsi deyil. Dil lokallaşdırılması tam aparılmayıb, bəzi hissələr qarışıq görünür və istifadəçi təcrübəsini zəiflədir. Platformada müasir sosial media funksiyalarını dəstəkləyən inteqrasiya və API-lər, real-time servis mexanizmləri, push bildiriş sistemləri barədə heç bir məlumat verilməyib.
Media.az
Güclü media nüfuzu və yüksək etimad səviyyəsinə malik peşəkar xəbər resursudur. Kontent axını yüksəkdir, xəbərlərin təqdimatı peşəkarlıq standartlarına uyğun formalaşdırılıb və portal beynəlxalq xəbər aqreqatorlarında akkreditasiya olunması ilə etibarlılığını təsdiqləyir. Bununla belə, saytın vizual strukturu klassik xəbər portallarının köhnə üslubuna daha çox bənzəyir. Dizaynda müasir şriftlər, daha yığcam grid sistemi və vizual ritm tətbiqi istifadəçi təcrübəsini xeyli yüksəldə bilər. Texniki baxımdan stabillik qorunur, lakin UI/UX yenilənməsi auditoriya cəlbediciliyinə müsbət təsir edərdi. Platformanın yalnız rus dilində fəaliyyət göstərməsi onun regional auditoriyasını məhdudlaşdırır. Azərbaycan və ingilis dilində paralel kontent əlavə edilməsi həm lokal, həm də beynəlxalq əhatə dairəsini daha güclü edə bilər.
Azerbaijan.US
Saytın vizual strukturu köhnə jurnal üslubunu xatırladır: şrift ölçüləri və tipləri arasında balans yoxdur, grid sistemi qarışıqdır, vizual ritm pozulur. Bu səbəbdən oxunaqlılıq və UX böyük ölçüdə zəifləyir. Dizaynın modernləşdirilməsi, boşluqların (whitespace) artırılması və daha yığcam bloklaşdırma saytı həm vizual, həm funksional baxımdan gücləndirə bilər. Domain zona (.us) layihəyə qlobal xarakter versə də, lokal auditoriya üçün uyğun deyil. Saytın yalnız ingilis dilində mövcud olması regional istifadəçi üçün maneə yaradır. Kontent istiqaməti və beynəlxalq auditoriya hədəfləməsi güclü tərəfdir, lakin dizayn, struktur və çoxdillilik sahəsində yenilənmə ehtiyacı açıq şəkildə görünür.
Icma.Az
Vizual struktur çox sıx və oxunaqlığı çətinləşdirən şəkildə qurulub: kartların ölçüləri, yerləşimi və boşluqları balanslaşdırılmayıb. UI komponentləri arasında stilistik vahidlik hiss olunmur, bu da istifadəçi təcrübəsini zəiflədir. Dizayn daha möhkəm grid sistemi, daha az sıxlıq və daha yüngül vizual ritmlə modernləşdirilməlidir. Bundan əlavə, layihə hələ genişləndirilə biləcək funksiyalar filtrləmə, şəxsi kabinet, xəbər tarixçəsi üzrə daha dəqiq analitika və s. baxımından potensialını tam işə salmayıb. İnterfeys sadədir, amma professional alət kimi daha güclü personalization mümkün ola bilər.
Gilavar Foto Klubunun veb-saytı
Vizual struktur və UI elementlərində köhnə dizayn üslubu seçilir: kartların ölçüləri, blokların yerləşimi və şriftlər arasında balans tam təmin olunmayıb. Bu, həm estetikanı, həm də ümumi oxunaqlığı zəiflədir. Sayt modern grid sistemi, vahid tipografiya və yüngülləşdirilmiş interfeys ilə daha müasir görünə bilər. Naviqasiyanın çox bölməli olması bir tərəfdən məlumat bolluğu yaratsa da, istifadəçi təcrübəsini çətinləşdirir, menyu daraldıla və daha intuitiv şəkildə yenidən qurula bilər. Mobil uyğunlaşma olsa da, bəzi bloklarda sıxlıq problemi görünür.
Gİlavar Foto Klubu - İRS
Dizayn və istifadəçi təcrübəsi baxımından sayt daha müasir yanaşmaya ehtiyac duyur. Şriftlər və kart vizuaları arasında balans tam oturmamışdır, bəzi bloklar köhnə üslubu xatırladır. Açar sözlər, meta təsvirləri və strukturlaşdırılmış məlumat baxımından SEO optimizasiyası da zəif görünür. Mobil adaptasiyada bəzi elementlərin sıxlığı istifadə rahatlığını azaldır. Ümumilikdə foto-arxiv kimi qəbul etmək olar, lakin müasir UI/UX standartlarına uyğunlaşdırılarsa həm təəssürat, həm də istifadədə səmərəlilik əhəmiyyətli dərəcədə artar.
Paparazzi.az - Peşəkar fotoqraf
Saytın vizual tərtibatı və UI/UX həlli müasir standartlarla müqayisədə zəif görünür. Boş sahələr çoxdur, bəzi bloklar həddən artıq böyük, digərləri isə tamamilə boşdur, nəticədə vizual balans pozulur. Portfel bölməsi praktiki olaraq yoxdur, yalnız bir iş nümunəsi sayta peşəkar etibar baxımından mənfi təsir yaradır. SEO baxımından başlıqlar, meta təsvirlər və strukturlaşdırılmış məlumatlar kifayət qədər optimallaşdırılmayıb. Mobil uyğunlaşmada da bəzi blokların ölçüləri və yerləşməsi ideal deyil.
Radio Baza - Online FM/AM
Radio Baza vizual baxımdan müasir, qaranlıq interfeys üzərində qurulmuş rahat istifadəçi təcrübəsi təqdim edir. Tətbiqin əsas üstünlüyü çox geniş radio kataloqu, kateqoriyalar üzrə naviqasiyanın sadəliyi və sürətli bağlantı mexanizmidir. Layihədə dizayn standartları yüksəkdir: ikonlar, vizual kartlar, qrafik elementlər və audio pleyerin görünüşü peşəkar səviyyədə hazırlanıb. Qismən lokalizasiyaya ehtiyac var
FM Radio
Tətbiqin brendinqi bir qədər ümumi görünür, UI elementlərinin bəzilərində standart ikonlardan istifadə edilib, ayrıca veb dəstək platforması mövcud deyil. Funksionallıq baxımından rəqabətqabiliyyətlidir və radiodininləmə üzrə seçim təqdim edir, lakin brend vizualı, lokalizasiya və texniki sənədləşmə sahələrində təkmilləşməyə ehtiyac duyur.
ALR Media Azerbaijan
Funksional baxımdan dolğun və stabil çalışan bir radio tətbiqi təqdim etsə də, vizual və UX tərəfdən ciddi şəkildə köhnəlmiş görünür. 2025-ci il üçün standartlara cavab vermir və müasir tətbiqlərlə rəqabətdə zəif qalır. Əsas problem dizayn, brend identikliyi və lokallaşdırmanın yetərsiz olmasıdır.
Gilavar Foto Klubunun mobil tətbiqi
Həmkarıma qatılıram. Görünür ki, tətbiq tamamilə saytın mobil versiyasının WebView formasında yığılması ilə hazırlanıb və bu, həm performansda, həm də istifadəçi təcrübəsində ciddi məhdudiyyətlər yaradır. Navigasiya natamamdır, interfeys elementləri mobil tətbiq standartlarına uyğunlaşdırılmayıb, dizayn tamamilə responsive sayt görünüşündə qalır. Tətbiq içində sürət, animasiyalar, keçidlər və ümumi UX hissi real mobil tətbiq səviyyəsində deyil. Bildiriş sistemi, offline rejim, media optimizasiyası kimi müasir tətbiq funksiyaları yoxdur. Kontent güclü olsa da texniki tərəfi zəifdir. Nəticə olaraq, mobil tətbiq konseptual olaraq yaxşı ideyadır, lakin hazırkı formatda “native app” yox, sadəcə “saytın qutuya salınmış variantı” təsiri bağışlayır
Media.az
+500 yükləmə rəqəmi bu səviyyədə hazırlanmış media app üçün çox aşağıdır və görünür ki, marketinqə lazımi diqqət yetirilməyib. Push bildiriş sistemi, şəxsi tövsiyələr, xəbər mövzularına abunə, “live” xəbər axını kimi fərqləndirici funksiyalar yoxdur yəni, hazırkı formada tətbiq yalnız saytın mobil versiyasının daha yığcam variantıdır, ekosistem səviyyəsində isə hələ inkişafı tələb edir.
The Manat
Yerli kreativ sənayenin qeyri-adi, cəsarətli və xarakterli brendlərindən biridir. Animasiya dili, vizual estetika və yumor kodları tamamilə orijinaldır və Azərbaycan kontekstinə uyğunlaşdırılmış satirik ton layihəni digərlərindən kəskin fərqləndirir. Kontent ritmi, personajın xarizması və hər paylaşımın “identik” vizual tonu brendi stabil və tanınan edir yəni, vizualları görən kimi dərhal Manat olduğunu bilirsən. Bu da güclü brend kimliyidir. Azərbaycan kreativ sektorunun gücünü ən yaxşı göstərən nümunələrdən biridir. Uğurlar arzu edirəm
Archeology Azerbaijan
Kanal səmimi, faydalı və dəyərli bir təşəbbüsdür. Burada məqsəd aydın, missiya güclü, informasiya isə etibarlıdır. Peşəkar kontent strukturu və daha güclü vizual yanaşma ilə layihə çox daha geniş auditoriyanın diqqətini çəkə və ölkənin arxeoloji irsinin təbliğində real rol oynaya bilər.
Altı Qara Pişik
Azərbaycanın rəqəmsal media ekosistemində ən uzunömürlü, ən sabit və ən özünəməxsus kontent istehsalçılarından biri kimi formalaşıb. Həm kontent mədəniyyəti, həm də istehsal keyfiyyəti baxımından yerli rəqəmsal kreativ sahənin ən uğurlu nümunələrindən biridir. Oturuşmuş komanda işi, stabil auditoriya, brendlərlə uğurlu əməkdaşlıq və 8 illik davamlılıq bu layihəni müsabiqədə güclü rəqiblərdən birinə çevirir. Antaklosku-nun mənasını nə qədər axtardım tapa bilmədim))) - Qərənfil xala prodakşn) Bütün fəaliyyətinizdə uğurlar arzu edirəm) Sevə-sevə izləyirik
Tedroid
Brend narrativi güclüdür, sadə, sürətli, aktual və cəlbedici texno-məlumatlar. Üstəlik, auditoriyanı yorucu analizlərlə boğmadan, gündəlik “scroll” ritminə uyğun vizual informativ short formatlar təqdim edirlər. Kontentlərin diversifikasiyası avtomobil, süni intellekt, qlobal texno-xəbərlər, startap ekosistemi brendi çoxşaxəli və hərəkətli göstərir. Komanda artımı ilə birgə ekspert rəyləri, analitik formatlar və nativ video-jurnalizm xəttini gücləndirsələr, regional texno-media liderliyinə yüksəlmək tamamilə realdır.
İZ Azərbaycan
Brendin əsas gücü estetika ilə hekayənin birləşməsidir. Bu, Azərbaycanı beynəlxalq miqyasda cəlbedici edən doğru vizual yanaşmadır. Konsept düşünürəm ki, məhz bu təəssürat üzərində qurulub. Mədəni marşrutları yalnız xəritə ilə deyil, hisslərlə yaratmaq. Layihənin daha böyük effekt yaratması üçün kontent yalnız estetik çərçivədə qalmamalı, sistemli kurasiya və tematik bölünmə ilə daha strateji təqdimata keçməli olduğunu düşünürəm. Video seriyalar, qısa ekspedisiya formatları, festival və mədəni tədbirlərlə daha sıx əlaqə, həmçinin xarici dilli versiyaların ardıcıl paylaşımı layihənin beynəlxalq ayağını gücləndirər. Fəaliyyətinizdə uğurlar arzu edirəm!
“Bakues” MMC
Ən operativ xəbər mənbələrindən biri kimi qiymətləndirmək olar və ümumi vizuallıq, paylaşımların tezliyi və kütləvi əhatəsi baxımından buna əmin olmaq olar. Bunun əsas səbəbi təsiredici paylaşımlar sürəti və güclü izləyici reaksiyasıdır. Gün ərzində 50-ə yaxın xəbər və hər birinə +2K reaksiyanın verilməsi, bu, medianın auditoriya ilə möhkəm əlaqəsinin, etibarlı informasiya mənbəyi kimi qəbul edilməsinin açıq sübutudur. Səhifənin ən güclü tərəfi agressiv informasiya axını və həddindən artıq yüksək aktivlikdir. Bu, geniş kütlənin diqqətini davamlı diri saxlayır və xəbərin istehlak sürəti ilə sosial medianın tələbləri arasında uyum yaradır. Əsas fərqi isə operativlikdir. Hadisə baş verdiyi an məlumatı çatdırmaq və bunu böyük bir kütləyə real zamanlı şəkildə yansıtmaq çox az media qurumunun edə biləcəyi bir şeydir. Bu dinamiklik sayəsində səhifə həm gündəmi formalaşdırır, həm də izləyicinin informasiya tələbatını daim qarşılayır. Fəaliyyətinizdə uğurlar arzu edirəm.
Show1Baku
Vizual təqdimatda müəyyən xaotiklik hiss olunur. Kontent ardıcıllıq və estetik planlaşdırma baxımından daha güclü ola bilər. Fərqli formatlar bir-birinin ardınca qarışıq düşdüyü üçün ümumi brend üslubu tam formalaşmır. Rəng harmoniyası, vahid vizual ton və daha seçilən üslub tətbiq olunsa, səhifə həm daha premium görünər, həm də izləyici yaddaşında daha asan oturar.
Çənə Podcast
Stabil ritmə malik, təbii enerjili və emosional auditoriya quran kontent layihələrindən biridir. Bu isə azərbaycanlı izləyicinin ən çox axtardığı elementlərdən biridir. Yaxınlıq, tanış atmosfer və real həyatın dilində səslənən söhbətlər.
Start-Stop+
Azərbaycanda avtomobil dəyərləndirilməsi sahəsində ən tətbiqi, real qərarvermə üçün yararlı və auditoriya etibarını qazanmış bir media məhsuludur. Düşünürəm ki, bazarın özündə istiqamət verən, avtomobil seçiminə təsir edən bir ekspert platformasıdır
Söhbətgah
Aktiv kanaldır. Maralı özünəxas kontentə malik kanaldır. Geniş kütləsi var. Daha çox kütlənin izlənməsi üçün müvafiq SEO addımları atılması tövsiyyə olunur. Uğurlar arzu edirəm
Kırlangıç Mövsümü by HI Marketing Agency
Səhifə markanı cəmiyyətin gündəminə daxil edən, sosial effekti olan, real nəticələrə fokuslanan bir səhifədir.Bu kampaniya brendin satış hədəflərini dəstəkləməklə yanaşı, qadın auditoriyası ilə davamlı emosional rabitə yaratmağı bacarıb.Rəqəmsal məzmunun bəzilərində ritm daha da sürətləndirilə bilərdi, xüsusilə reels formatında. Amma kampaniyanın ümumi effektivliyinə baxanda bu, kritik çatışmazlıq deyil.
Qarınqulu Səyyah
Səhifənin kontenti həm əyləndirir, həm göstərir, həm də insanlarda real maraq oyadır. Bu, çox az yaradıcıya qismət olan gücdür.Yüngül bir çatışmayan cəhət odur ki, vizual estetika bəzən daha profesional göstərilə bilərdi, lakin Qarınqulunun brendinin əsas cazibəsi elə bu “səmimi realistik” tərzidir.
Save Sheki
Azərbaycan mədəni irsinin sosial mediada qorunması və işıqlandırılması baxımından örnək bir platformadır.Ən zəif tərəflərindən biri auditoriyanın çox kiçik olmasıdır. Bu miqyasda keyfiyyətli kontent üçün izləyici sayı gözləniləndən xeyli aşağıdır və bu, layihənin təsir dairəsini məhdudlaşdırır. Yüksək səviyyəli material hazırlanır, amma onun yetərincə insana çatmaması layihənin kommunikasiya strategiyasında boşluqlar olduğunu göstərir. Daha aktiv sosial media idarəçiliyi, tanıtım kampaniyaları və əməkdaşlıqlar səhifənin potensialını tam açmağa imkan verərdi.
Еврей из Баку
Texniki baxımdan videolar çox sadədir, lakin bu, çatışmazlıq kimi yox, əksinə, layihənin üslubunun bir hissəsi kimi görünür. Məhz sadə format sayəsində kontent geniş auditoriyaya daha tez və doğrudan çatır. Layihənin zəif tərəflərindən biri kontentin həddən artıq şəxsi brend üzərində qurulmasıdır. Platforma tamamilə aparıcının üzünə bağlıdır və bu, uzunmüddətli institusional davamlılığı müəyyən qədər çətinləşdirir. Lakin hazırkı mərhələdə bu, layihənin populyarlığını artıran amildir.
Baku Time Machine
Kanalın əsas gücü arxiv dəyərlərini kütləyə sevdirə bilməsidir. Videolara reaksiyada dinamika var. Kanalın təbii zəif tərəflərindən biri kontentin tamamilə arxiv materiallarına bağlı olmasıdır. Bu, genişlənmə imkanlarını müəyyən qədər məhdudlaşdırır. Amma əslində, kanalın konsepti elə budur və bu, onun kimliyini formalaşdıran ən əsas cəhətdir. Bu səbəbdən çatışmazlıq kimi yox, konseptual sərhəd kimi qiymətləndirilə bilər.
themalenaa
Vizual cəhətdən səliqəli, estetik və müasir görünüşü ilə seçilən fərdi yaradıcılıq səhifəsidir. Lakin layihənin hazırkı mərhələsində izləyici sayı və auditoriya həcmi hələ ki, məhduddur. Bu, səhifənin təsir gücünü, sosial layihə və kampaniyalar üçün potensial çatımlığını aşağı salır. Yəni kontent keyfiyyəti yüksək olsa da, onun geniş auditoriyaya təsiri hələ formalaşma mərhələsindədir.
Cult baku club
Xüsusi auditoriyaya yönəlmiş mədəni platforma təsiri bağışlayır. Zövqlü, kurator seçimi olan, amma geniş auditoriya fokusundan çox, müəyyən çevrə üçün formalaşmış.bir səhifədir
Şəbəkə
Facebook-da real aktivliyinə görə seçilən yerli səhifələrdəndir. Paylaşımlar sürətli, operativ və sosial mövzulara həssas yanaşma auditoriyanın yüksək reaksiyası ilə nəticələnir. Lakin paylaşımlarda linklərinin çoxluğu alqoritmik olaraq çatdırılmanı aşağı salır. Bu səbəbdən linkləri birbaşa postda deyil, şərhdə yerləşdirmək, postun özündə isə qısa vizual xülasəyə üstünlük vermək səhifənin tirajlanmasını xeyli artırar. Ümumi olaraq səhifə güclü dinamika, stabil izləyici davranışı və ayıq reaksiya potensialı ilə seçilir və düzgün optimizasiya ilə daha geniş auditoriyaya çıxmaq imkanına malikdir.
Cellar Door
Kanalın izləyici sayı kontentin səviyyəsinə uyğun artmır. Səbəb isə geniş auditoriya üçün kütləvi olmayan mövzu seçimi və Telegram alqoritminin dar təklif həcmi ilə bağlıdır. Doğru tərəfdaş kanal paylaşımları, Instagram kəsişməli yönləndirmələr və daha yığcam formatlı hekayə blokları ilə bu kanal çox rahat şəkildə daha böyük auditoriyaya çata biləcək potensiala malikdir.
First Step Tourism
Vizual olaraq premium, rəng tonları ilə isə tam etibar hissi yayan müasir bir brend təsiri yaradır; saytın strukturunda səyahət, immiqrasiya və onlayn alətlər kimi xidmətlərin hamısı aydın şəkildə fərqləndirilib və istifadəçi sanki “təhlükəsiz səyahət planlaması” təcrübəsinə daxil olur. Şirkətin “ilk addımını at” devizi interfeysin dili ilə uyğunlaşır, lakin real auditoriya genişlənməsi üçün daha çox canlı sosial sübut, dinamik kontent və müştəri hekayələri lazımdır çünki bu dizayn və konsept belə brendin çox daha böyük auditoriya tərəfindən mənimsənməsi üçün kifayət qədər güclü bazaya malikdir.
AVIA.AZ - Ən ucuz aviabilet axtarış sistemi
Vizual konsepti ilə əlçatan, parlaq və kütləvi auditoriyaya yönəlmiş bir platforma təsiri yaradır; saytın rəng palitrası və ikon qrafikası istifadəçiyə “ucuz bilet tapmaq” psixologiyasını vizual olaraq ötürür və strukturun sadəliyi ilk baxışdan axtarış funksiyasına fokuslanmağı asanlaşdırır. Buna baxmayaraq, interfeys hələ də köhnə nəsil marketplace estetikasını xatırladır və brendi premium deyil, daha çox “praktik-büdcəli servis” kimi təqdim edir. Əsas güc tərəfi yüksək axtarış aktivliyi, SEO baxımından geniş açar sözlərin hədəflənməsi və istifadəçinin ucuz qiymət axtarma psixologiyasına uyğun call-to-action-lardır; zəif tərəf isə dizaynın modernləşməyə ehtiyacı və istifadəçi davranışlarına adaptiv dinamik blokların azlığıdır, amma ümumi şəkildə brend öz funksional missiyasını aydın və effektiv şəkildə çatdırır.
Azərbaycan Velosiped İdmanı Federasiyası
Sayt strukturu klassik federasiya formatını qoruyur: vizual olaraq açılış slayderi emosional təsir yaratsa da, ümumi dizayn köhnə korporativ üsluba bağlı qalıb, bu da federasiyanın dinamizmini tam əks etdirmir; məzmun genişdir, lakin informasiya blokları arasında ritm zəifdir, nəticədə istifadəçi axıcılıq hissini itirir. Bununla belə, foto-qalereya və tədbir reportajları brendin real aktivliyini və geniş idman ekosistemini göstərir, federasiyanın fəaliyyətini faktlarla sübut edir. Ümumi qiymətləndirmədə sayt funksionaldır və məlumat çatdırmaq missiyasını yerinə yetirir, sadəcə daha müasir vizual dil, daha güclü UX ritm və federasiyanın idman ruhunu əks etdirən dinamik elementlərə ehtiyac hiss olunur.
e-MTK İdarəetmə Sistemi
Struktur aydın bölünüb, menyu loqikası düzgündür, modul yanaşması yaxşı qorunub və istənilən MTK üçün gündəlik prosesləri idarə etmək baxımından sistem praktik görünür. Binalar–bloklar–əməlklər – müqavilələr borclar ödənişlər axını ardıcıldır və istifadəçi düşünmədən lazım olan məlumatı tapır. Cədvəllərin filtrelənməsi, eksport funksiyası, axtarış sahələri bunlar real iş prosesini xeyli rahatlaşdırır. Bununla yanaşı, vizual hissədə bir qədər “admin panel” xarakteri hiss olunur, yəni praktiklik var, amma modern UX toxunuşu bir az çatmır. Digər tərəfdən hesablamalar, borcların avtomat idarə olunması, müqavilə üzrə balansın dərhal görünməsi, əməliyyatların ayrıca saxlanılması bunlar real MTK-lar üçün çox kritik funksiyalardır və burada hamısı oturuşmuş şəkildə işləyir. Ümumilikdə sistem həm struktur, həm işləmə prinsipi baxımından yetkin görünür: qarışıq deyil, məntiqi ardıcıllıq var, və ən əsası praktiki istifadə üçün əlverişlidir.
Visit Baku
Bu tətbiq vizual olaraq təmiz və müasir formada dizayn edilib. Elementlər arasında boşluqlar, ikonlar, xəritə markerləri və kart strukturu Apple-ın Human Interface Guidelines standartlarına tam oturur. Funksional baxımdan da məqsədyönlüdür. Turist üçün lazım olacaq informasiyanı restoranlar, muzeylər, hotellər, xəritədə yönləndirmə, iş saatları, əlaqə, təsvirlər və qiymət aralığı, vahid, rahat və sürətli interfeysə yığıb. “Offline map + 12 dildə məlumat” öz sinfində nreal dəyər yaradan üstünlükdür. Əsas hiss olunur ki, burada dizayn və məlumat arxitekturası təsadüfi yox, peşəkar kurasiya ilə qurulub. Kontent “handpicked” xarakterlidir, yəni kütləvi scraping yox, seçilmiş keyfiyyətli məzmun var. Ümumilikdə, tətbiqin dili, rəng seçimi, UX flow-u və struktur tam turist yönümlüdür: sadə, intuitiv, aydın və etibarlıdır. Bu, hazırda yerli bazarda gördüyümüz çox tətbiqdən fərqli və seçilən bir yanaşmadır. Tövsiyə olaraq, gələcək mərhələdə app-in infrastrukturunu dəyişmədən yalnız kontent modulunu genişləndirərək Gəncə, Şəki, Qəbələ, Lənkəran kimi şəhərləri də əlavə etmək daha məqsədəuyğun olar. Bu həm turist axınını ölkə daxilində diversifikasiya edər, həm də tətbiqi vahid “Visit Azerbaijan” ekosisteminə çevirmək üçün çox güclü strateji baza yaradardı.
Azərbaycanın Yaşıl Səyahətləri
Dizaynın sarı-ağ minimal stili sürət, texnologiya və təhlükəsizlik hissi yaradır, xəritə inteqrasiyası isə istifadəçinin şarj nöqtələrini real vaxtda tapmasını xeyli asanlaşdırır. Ödəniş sistemi, cüzdan, rezervasiya, şarj statusu kimi funksiyalar çox səliqəli təqdim olunub və EV sürücüləri üçün gündəlik istifadədə rahatlıq yaradan bütün əsas elementləri əhatə edir. Ümumilikdə tətbiq özünü həm estetik, həm funksional, həm də modern texnoloji məhsul kimi göstərir və ölkədə “yaşıl səyahət” infrastrukturunun formalaşmasına real töhfə verə biləcək səviyyədədir. Tövsiyə olaraq növbəti mərhələdə stansiya şəbəkəsinin və tətbiqin funksionallığının Bakıdan kənar Gəncə, Quba, Qəbələ, Şəki, Lənkəran kimi turizm zonalarına genişləndirilməsi layihənin real effektini kəskin şəkildə artırar. Regional marşrutlarda avtomobillərin şarj planlaması vacib olduğuna görə, tətbiqin ölkə üzrə tam xəritəni əhatə etməsi həm turizmi, həm də EV ekosistemini daha dayanıqlı şəkildə gücləndirər.
Bus Baku
Axtarış, marşrut tapma, dayanacaqların siyahısı və xəritə inteqrasiyası kifayət qədər anlaşılandır. İstifadəçilər üçün giriş baryeri sıfıra yaxın görünür. Tövsiyəm: Növbəti mərhələdə real-time avtobus hərəkətini (canlı GPS izləmə), dayanacaqlarda təxmini gəlmə vaxtlarını və Bakıdan kənar Sumqayıt, Xırdalan, Abşeron, Gəncə kimi bölgələri də əhatə edən genişlənmiş marşrut sistemini əlavə etmək tətbiqin həm istifadəçi bazasını, həm də praktik dəyərini ciddi şəkildə artırar.
Baku Metro & Sights
Konsepti çox səmimi və yerli istifadəçinin real ehtiyacına uyğun qurulub. Metro xəritəsi, stansiya məlumatları və turistik yerlərin bir tətbiqdə birləşdirilməsi həm praktiklik, həm də şəhər içi naviqasiya baxımından yaxşı fikirdir. Amma ümumi təəssürat belədir ki, app vizual cəhətdən bir qədər köhnə qalır, UI komponentləri və rəng keçidləri müasir mobil dizayn standartlarından geri qalır, ikonlar və grid-lər isə daha balanslı və oxunaqlı təqdim oluna bilər. Konsepsiya güclüdür, ideya faydalıdır, yalnız dizayn dili, vizual ardıcıllıq və informasiya strukturu yenilənsə, tətbiq həm yerli istifadəçi, həm də turist üçün daha cəlbedici və rəqabətədavamlı olar
Fly Baku
Tətbiqin funksionallığı normaldır, amma vizual dili 6–8 il əvvəlki mobil dizayn standartlarını xatırladır və müasir tələblərə uyğunlaşdırılmalıdır. Əsas üstünlük ondan ibarətdir ki, istifadəçi uçuş haqqında həm operativ, həm də geniş texniki məlumatları bir ekrandan əldə edə bilir. Lakin tətbiqin hazırkı strukturu yalnız Bakı Hava Limanına fokuslanıb və bu, potensial auditoriyanı ciddi şəkildə məhdudlaşdırır; növbəti mərhələdə Gəncə, Lənkəran, Naxçıvan kimi digər hava limanlarının, həmçinin regionlararası avia bağlantıların əlavə edilməsi tətbiqin dəyərini və istifadəsini əhəmiyyətli dərəcədə artırar.
Adigunlərdənbiri
Fərid Rəsul hazırda Azərbaycanda ən sürətlə böyüyən kontent yaradıcılarından biridir və onun qoyduğu istiqamət, əslində, regional TikTok kontentinin standartını dəyişir. Mən də uzun zamandır izləyirəm. Kontent ümumilikdə çox axıcı, səmimi və vizual olaraq cəlbedicidir. Retro avtomobillərlə dünya turu ideyası isə həm nostalji hiss oyadır, həm də izləyicini real hekayələrin içinə çəkir. Paylaşımlar ardıcıllıqla verildiyi üçün izləyicidə “növbəti seriyada nə olacaq?” marağı yaranır və bu, kanalı davamlı izlənilən edir. Üstəlik, gündəlik vlog üslubu ilə səyahət elementlərinin birləşməsi onu digər yerli kontent yaradıcılarından fərqləndirir və brend kimi özünəməxsus imic formalaşdırır. Uğurlar arzu edirəm
Bomboffer
Ümumi vizual dili və kontent yanaşması ilə çox aydın şəkildə “faydası olan səhifə” imicini formalaşdırıb: izləyiciyə gündəlik real təklifləri sürətli və yığcam şəkildə çatdırır, bu isə onu populyar edən əsas səbəblərdəndir. Lakin ümumi dizayn xətti bir qədər köhnə və qarışıq təəssürat yaradır. Müxtəlif tərəfdaşların fərqli üslubları feed-də vizual xaos yaradıb. Bu, markanın vahid vizual imicini zəiflədir. Əgər Bomboffer gələcəkdə daha güclü brend yaddaşı formalaşdırmaq istəyirsə, bütün postlarda bir-birinə yaxın ton, rəng palitrası və şrift standartı istifadə etmək daha peşəkar görünüş qazandırar. Buna baxmayaraq, konsept olaraq çox dinamik, istifadəsi asan və real dəyər təqdim edən platformadır insanların “gündəlik fürsət” axtarışını tək ekranda toplaması ilə hələ də bazarın ən rəqabətli səhifələrindən biridir.
Rahillə Kəşf Et
Səhifə vizual olaraq doludur, məhz bu “doluluq” xüsusi bir stil formalaşdırır və izləyici ilə emosional bağ yaradır. Influencer, tam olaraq Azərbaycan auditoriyasının xoşladığı formatı tutur. Səmimi ton, real məkanlar, əlçatan qiymətlər, “tapıntı” effektli kontent. Nəticədə səhifə həm məişət, həm qida, həm də gündəlik həyatla bağlı kəşf tipli videoları birləşdirən çox rahat izlənən vloga çevrilib. Vizual olaraq isə dizayn tərəfi professional deyil. Lakin bu, onun kontentini daha da autentik və inandırıcı göstərir.
Tayçi ilə Sağlam Cəmiyyət
Kontent ardıcıl və məqsədyönlü olsa da, vizual üslub tam parçalanıb: rənglər, şriftlər, kadr seçimi və montaj dili bir-birinə uyğun deyil, nəticədə səhifə “layihə səhifəsi” yox, qarışıq elan lövhəsinə bənzəyir. Postların çoxunda məlumat yüklənib, mətn qutuları böyükdür, vizuallar eyni ritmi tutmur və izləyici ilk 2–3 saniyədə səhifənin nə hiss yaşatdığını anlaya bilmir. Halbuki Tayçi sakitlik, balans, yüngüllük və enerji harmoniyası ilə assosiasiya olunur bu səhifədə isə vizual dinamika tam əksinə işləyir. Buna görə də izləyici sayı aşağı qalır.
tabriztales
Vizualı yaxşı, amma bumu olmayan, algoritm üçün də, yeni izləyici üçün də “mütləq izləməliyəm” hissi yaratmayan profil təsiri bağışlayır; bu elementlər güclənsə, həm kontentin dəyəri, həm də izləyici artımı xeyli sürətlənə bilər.
İstehlakçı.gov.az
Bu sayt əslində Elektron Hökumət nominasiyasına tam uyğun bir resursdur, çünki funksiyası sırf dövlət-vətəndaş münasibətlərində maarifləndirici boşluğu doldurmaqdır. Platforma həm vətəndaşa hüquqi əlçatanlıq yaradır, həm də sahibkar üçün davranış çərçivəsini izah edir, yəni iki tərəfli ekosistem qurur. Dizaynı müasir, sadə və intuitivdir, hüquqi mətnləri ağır göstərmədən “bloklaşdırılmış məlumat kartları” ilə təqdim etməsi istifadəçi üçün təhlükəsiz və rahat navigasiya yaradır. Bu, real sosial fayda təmin edən, maarifləndirmə vasitəsini rəqəmsal formatda əlçatan edən nümunəvi dövlət təşəbbüsüdür. Belə bir resursun nominasiyaya təqdim olunmaması bir boşluq təsiri yaradır, çünki e-hökumətin əsas mahiyyəti olan informasiyaya çıxış, şəffaflıq və vətəndaş yönümlülük burada çox düzgün şəkildə reallaşdırılıb.
Dayaq Xeyriyyə
Layihə xeyriyyəçilik, vətəndaş təşəbbüsü və sosial məsuliyyət baxımından faydalı təşəbbüsdür. Sayt WordPress üzərində qurulub və hazır şablondan istifadə edilməsi səbəbilə kod strukturunda artıq elementlər, lazımsız css-js yükləmələri və şablon içində köhnəlmiş komponentlər görünür. Bu həm performansı zəiflədir, həm də PageSpeed mobil nəticələrinə mənfi təsir göstərir.
Sevgi ilə
Layihənin missiyası son dərəcə dəyərlidir, təşəbbüs gözəl, niyyət saf, lakin mövcud vebsayt vizual və texniki baxımdan müasir tələblərə tam cavab vermir. Ölçülər, şrift hiyerarxiyası və rəng balansı qeyri-bərabər olduğundan kontent vizual olaraq ağır görünür və istifadəçi fokusunu tez dağıdır. Bölmələr arasındakı məsafələr, ikon ölçüləri və fon rənglərinin uyğunluğu optimallaşdırılmalıdır
UNİBOX
Saytın sosial missiyası çox dəyərlidir, lakin vebsayt vizual və texniki baxımdan hələ inkişaf mərhələsindədir. Logo kifayət qədər oxunaqlı deyil və brendin kimliyini bir baxışda çatdırmır. Ana səhifədəki böyük slayderin fon şəkli ilə üzərindəki mətn rənglərinin kontrastı zəif olduğu üçün mesaj öz təsirini itirir. Marketplace strukturu ümumən səliqəlidir, lakin bir çox bölmədə ingilis dilli sistem mətnləri qalıb, bu da lokalizasiya baxımından peşəkarlığı aşağı salır.
Green Public
Layihə real və ölçülə bilən sosial təsir yaradır. Əla təşəbbüsdür. Platforma funksional və innovativdir, lakin vizual dinamikanın bir qədər artırılması və bəzi sahələrdə spacing optimizasiyası saytı daha premium göstərə bilər.
SesliKitab.org Kitablar Danışır Sən Dinlə
İdeya olaraq çox faydalı və lazımlı bir layihədir. Kitab oxuma və dinləmə vərdişlərini rəqəmsallaşdıraraq cəmiyyətin mədəni inkişafına real töhfə verir. Lakin saytın vizual strukturu, blokların ölçüləri, rəng yükü və ümumi informasiya axını bir qədər qarışıq görünür.
LiveMentors
Sayt vizual olaraq təsirli, emosional və dəyər yönümlü xeyriyyə layihəsini peşəkar şəkildə təqdim edir, lakin saytın texniki tərəfdə nəzərəçarpan çatışmazlıqları var: şəkillərin çox yüksək həcmli olması səbəbindən səhifələr yavaş yüklənir, bu isə istifadəçi təcrübəsinə ciddi zərər vurur və mobil cihazlarda performansı aşağı salır. Şrift ölçülərinin qeyri-standart və kiçik olması oxunuş rahatlığını azaldır, eləcə də vizual bloklar arasında ölçü balansının olmaması struktur harmoniyasını pozur. Bu layihənin güclü məzmunu və məqsədi daha effektiv təqdim oluna bilməsi üçün görüntülərin optimizasiyası, şrift və ölçülərin standartlaşdırılması, həmçinin ümumi UI/UX təmizlənməsi vacibdir
Unudulmazlar
Tətbiq kollektiv yaddaşın qorunmasına, həm də gələcək nəsillərdə milli həmrəylik, minnətdarlıq və sosial inklüzivlik şüurunun formalaşmasına böyük töhfə verir. Layihə həm də şəhid ailələrinin və qazilərin hekayələrinin rəqəmsal müstəviyə daşınması ilə dövlət və cəmiyyət əlaqəsində şəffaflığı və əlçatanlığı artırır.
Autizmders
Autizmli uşaqların inkişafına dəstək məqsədilə yaradılmış olduqca dəyərli və həqiqi sosial təsir yaradan bir platformadır. Həm ideyası, həm sosial faydası, həm də inklüziv öhdəliyi baxımından çox güclü namizəddir. Platforma həssas qrupların rəqəmsal təhsilə çıxışını asanlaşdırır və ailələrin həyatında real fayda yaradır. Texniki və dizayn baxımından isə kiçik optimizasiya və standartlaşdırma işləri ilə layihə daha peşəkar və rahat istifadə oluna biləcək bir səviyyəyə yüksələ bilər.
Disleksiya
Tətbiq inklüziv təhsil, valideyn maariflənməsi və öyrənmə çətinliyi olan uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində real dəyər yaradır. Bəzi ekranlarda video yüklənmələri bir qədər gecikə bilir. Video ölçülərinin avtomatik sıxılması (adaptive streaming) tətbiq edilə bilər.Uşağın təsadüfən başqa səhifələrə keçməsinin qarşısını alan “Kids-lock” rejimi tətbiq edilə bilər.
Tiflo TV
Mobil tətbiq və veb platforma üzərindən bədii və cizgi filmlərinin peşəkar aktyorlar tərəfindən səsləndirilməsi, istifadəçilərin heç bir məhdudiyyət olmadan filmləri dinləməsinə şərait yaradır və onların informasiya, təhsil və mədəni həyata inteqrasiyasını gücləndirir. Texniki tərəfdən tətbiqin interfeysi sadə və əlçatan dizayna malik olsa da, qrafik elementlərin ölçüləri, kontrast balansı, klaviatura naviqasiyası və ekranoxuyucu uyğunluğu daha da təkmilləşdirilməlidir
Dayaq Xeyriyyə
Sosial fayda baxımından layihə fərdi hekayələri, real problemləri və yardım prosesini şəffaf şəkildə nümayiş etdirərək insanların xeyriyyəçilik davranışına motivasiya yaradır.Səhifədə paylaşılan reportajların səmimiyyəti, fotolardakı təbii anlar və yardım prosesinin şəffaflığı layihənin güclü tərəfləridir. Bununla yanaşı, vizual üslubun daha standartlaşdırılması, rəng və tipografiya ardıcıllığının qorunması, həmçinin tematik rubrikaların sistemləşdirilməsi səhifəni daha peşəkar göstərər və təsir gücünü artırar.
Sevgi ile Stomatoloji Dayaq Layihəsi
Bu addım doğrudan da çox dəyərli və nümunəvi bir təşəbbüsdür. Həm də bu fəaliyyət, tibbi icmada könüllülük ənənəsinin güclənməsinə təsir edən nadir təşəbbüslərdəndir. Bəzi postlarda dizayn dili, şrift ölçüləri və rəng istifadəsi arasında kiçik uyğunsuzluqlar görünür. Birdən çox dizaynerin iştirakı hiss olunur. Layihənin vizual təqdimatı ümumilikdə uğurludur və cüzi standartlaşdırma ilə daha güclü professional kimliyə sahib ola bilər.
Mənzil 111
Kanal əvvəllər intellektual kontent sahəsində potensial və maraqlı yanaşma göstərsə də, hazırkı mərhələdə layihə tam passiv durumdadır və aktiv platforma statusunu itirib. Abunəçi sayı (təxminən 4 min) YouTube standartlarına görə kiçikdir və kanalın sosial təsir gücü məhduddur. Bu göstərici, xüsusilə də uzun fasilələr və ardıcıllığın olmaması səbəbilə inkişaf edə bilməyib.
LiveMentors
Konsept olaraq güclü, sosial təsiri olan, yüksək səviyyəli bir təşəbbüsdür. Vizual üslub və kontent keyfiyyəti çox yaxşıdır, amma rəqəmsal həyat yoxdur. Səhifənin tam potensialı açılmayıb.
İstər layihənin özü, istər sənayesi çox viral ola biləcək kontent potensialı var.
Story.1az
Səhifənin vizualı tamamilə qarışıqdır. Rəng, şrift, tərz, kompozisiya, hər post fərqli dünyadır. Bu səbəbdən səhifə bir media platforması yox, repost arxivi kimi görünür. Paylaşımlar arasında vizual bağlılıq yoxdur. Səhifənin özü də qərarsız görünür: xəbər platformasıdır, hekayə platformasıdır, yoxsa siyasi səhifədir?
RootLab.AZ
Wp hazır şablondur. Yenlənməsinə ehtiyac var. Hazır şablondan istifadə edilməsi səbəbilə kod strukturunda artıq elementlər, lazımsız css-js yükləmələri və şablon içində köhnəlmiş komponentlər görünür
StarKidStories
Bir daha geniş baxdığımda bu saytın düzgün nominasiyada olmadığını düşünürəm. Nominasiyanın açıqlamasında da olduğu kimi bu Elm, təhsil və Rəqəmsal savadlılıq nominasiyası, biliklərin yayılmasına, TƏHSİLə və elmin inkişafına töhfə verən rəqəmsal resurslar qiymətləndirilir. Vebsaytın Elm və təhsil ilə yaxından-uzaqdan əlaqəsi mövcud deyil. Bu bir növ startup yönümlü rəqəmsal biznes modelidir. Rəqəmsal iqtisadiyyat və ya innovasiyalar nominasiyasına daha uyğundur.
Paparazzi.az - Peşəkar fotoqraf
. Validator təxminən 200-ə yaxın standarta uyğun olmayan kod sətrləri aşka edib. Onlara nəzər yetirməyinizi tövsiyyə olunur:
https://validator.w3.org/nu/?doc=https%3A%2F%2Fpaparazzi.az%2F