RU
Facebook
VEBSAYTLAR
// RƏQƏMSAL IQTİSADİYYAT, BİZNES VƏ STARTAPLAR
https://texnogallery.az/
Texno Gallery
Texno Gallery şirkəti 2011-ci ildən etibarən fəaliyyət göstərir.Bakıda ilk gaming e-sport mağaza konseptidir.Saytımız 2024-cü ildə yenidən yığılaraq on11 marketpleys startap layihəsinə ilk qoşulan mağazadır.Aylıq 10.000+ ziyarətçimiz mövcuddur.
https://texnogallery.az/
Texno Gallery
Texno Gallery şirkəti 2011-ci ildən etibarən fəaliyyət göstərir.Bakıda ilk gaming e-sport mağaza konseptidir.Saytımız 2024-cü ildə yenidən yığılaraq on11 marketpleys startap layihəsinə ilk qoşulan mağazadır.Aylıq 10.000+ ziyarətçimiz mövcuddur.
Paylaş

fikir
məzmun
icra
22
20
19
EKSPERTLƏRIN ŞƏRTLƏRI SUBYEKTIV VƏ TÖVSIYƏVI XARAKTER DAŞIYIR

30.11.2025 Elçin BAYRAM
Saytda görüləcək çox işlər var. Azərbaycan dili versiyasında rus dilində sistem məntləri və məlumatlar var. Skriptlərin işləmə sürəti aşağıdır, səhifənin yüklənməsi və interaktiv elementlərin cavab verməsi ləng gedir. Bu, həm masaüstü, həm də mobil istifadəçi üçün rahatlığı azaldır, həm də SEO və bounce rate baxımından mənfi təsir yaradır. Əsas səhifədə vizual elementlərin ixtisarı, prioritet blokların seçilməsi, skriptlərin optimallaşdırılması (lazy-load, birləşdirilmiş/minify edilmiş JS/CSS) və daha yüngül struktur tətbiqi vacibdir.

30.11.2025 Mahir Mədətov
digər həmkarların fikrinə qatılıram. saytın dizaynının inkişaf etdirilməsinə ehtiyac var

30.11.2025 Əkbər Əsədov
Məhsulu səbətə atıb alışa keçdikdə "səbətə əlavə olundu" pəncərəsi uzun müddət ekranda qalır və dərhal sifarişi tamamlamağa keçid etmək olmur. Sifarişi tamamlamağa daxil olduqda isə yenə bizi alt hissədən "chat" bölməsi qarşılayır. Əgər müştəri məhsulu online almağa daxil olarsa alış prosesində artıq gecikməyə görə fikirini dəyişə bilər. Bu istiqamətlərdə düzəliş etmək faydalı olacaqdır. Uğurlar.

28.11.2025 Mehman İsgəndərov
İlkin səhifənin yüklənmə sürəti aşağıdır, amma daxili səhifələrdə belə bir problem yaşamadım. Texniki dəstəyin tez cavab verməsi müsbət haldır. Blog xəbər bölməsinin olması da çox yaxşıdır. Dizaynı bir az daha müasir formada hazırlamağınızı tövsiyə edərdim.
// TƏRƏFDAŞLAR
Müsabiqənin tərəfdaşları və dostları
BAŞ TƏRƏFDAŞ
RƏSMİ TƏRƏFDAŞ
TƏRƏFDAŞLARI
NOMİNASİYA TƏRƏFDAŞLARI
INFORMASIYA TƏRƏFDAŞLARI
2025 | Copyright © NETTY | Hosted by host.az | Site by RENLEY