GearDYP - yol hərəkəti qaydaları imtahanına hazırlaşmaq üçün mobil tətbiqdir. Mövzular imtahanda qarşılaşa biləcək suallara mümkün qədər yaxındır.Tətbiqdəki nişanlar və izahları DYP-nin saytından götürülüb və müntəzəm olaraq yenilənir.
GearDYP
GearDYP - yol hərəkəti qaydaları imtahanına hazırlaşmaq üçün mobil tətbiqdir. Mövzular imtahanda qarşılaşa biləcək suallara mümkün qədər yaxındır.Tətbiqdəki nişanlar və izahları DYP-nin saytından götürülüb və müntəzəm olaraq yenilənir.
Paylaş
fikir
məzmun
icra
87
79
76
EKSPERTLƏRIN ŞƏRTLƏRI SUBYEKTIV VƏ TÖVSIYƏVI XARAKTER DAŞIYIR
GearDYP yol hərəkəti qaydaları imtahanına hazırlaşmaq üçün faydalı tətbiqdir, lakin UI/UX baxımından bir qədər köhnə görünür və daha modern dizayna ehtiyac duyur. Tətbiqin interfeysində ikonlar, rəng palitrası və komponentlər Material dizayn standartlarına uyğunlaşdırılarsa, istifadəçi təcrübəsi daha peşəkar görünər. Beynəlxalq səviyyədə qəbul olunan sürücülük imtahanı hazırlıq tətbiqləri ilə ayaqlaşdırmaq üçün bir neçə əsas həll vacibdir. Dünyada DMV Genie (ABŞ), Theory Test UK, Körkortplay Sweden kimi uğurlu tətbiqlərin hamısında “smart learning” istifadəçinin zəif olduğu mövzuları özü müəyyən edib ona uyğun təkrarlar təklif edən ağıllı öyrənmə sistemi mövcuddur. Bu mexanizm həm öyrənməni sürətləndirir, həm də nəticələri real şəkildə yüksəldir. İkinci vacib element tam imtahan simulyatorudur. Rəsmi imtahan formatına uyğun, zaman limiti olan və sonunda ətraflı analiz təqdim edən test modu istifadəçini psixoloji və praktiki baxımdan hazırlayır. Belə funksiyalar əlavə olunsa, GearDYP həm yerli istifadəçilər üçün dəyəri artan, həm də qlobal səviyyədə rəqabətə uyğun daha peşəkar bir tətbiqə çevrilə bilər.