RU
Facebook
VEBSAYTLAR
// ELM, TƏHSİL VƏ RƏQƏMSAL SAVADLILIQ
https://e-edu.az
e-Edu - Kurs, Bağça, Tədris mərkəzi İdarəetmə Sistemi
Kurs, Bağça, Tədris mərkəzi İdarəetmə Sistemie-Edu.az Kurs, Bağça və Tədris mərkəzi idarəetmə sistemidir. Sistemin hazırlanma məqsədi təhsil sahəsi üzrə xidmət göstərənlərin və xidmətdən istifadə edənlərin işinin asanlaşdırılması və elektronlaşdırılmasıdır.
https://e-edu.az
e-Edu - Kurs, Bağça, Tədris mərkəzi İdarəetmə Sistemi
Kurs, Bağça, Tədris mərkəzi İdarəetmə Sistemie-Edu.az Kurs, Bağça və Tədris mərkəzi idarəetmə sistemidir. Sistemin hazırlanma məqsədi təhsil sahəsi üzrə xidmət göstərənlərin və xidmətdən istifadə edənlərin işinin asanlaşdırılması və elektronlaşdırılmasıdır.
Paylaş

fikir
məzmun
icra
31
28
26
EKSPERTLƏRIN ŞƏRTLƏRI SUBYEKTIV VƏ TÖVSIYƏVI XARAKTER DAŞIYIR

03.12.2025 Elçin BAYRAM
Saytın rəng palitrası hazırda balanssız görünür. Hero bölməsində saturasiyası yüksək mavi rəngin geniş istifadə olunması vizual ağırlıq yaradır və ekran görüntüsündəki eyni mavi tonlarla üst-üstə düşdüyü üçün elementlərin bir-birindən seçilməsi zəifləyir. CTA düymələri fonla kifayət qədər kontrast yaratmır və diqqət cəlbetmə qabiliyyəti aşağıdır. Rəng balansının yaxşılaşdırılması üçün daha yumşaq mavi tonlardan, açıq fonlardan və daha yüksək kontrastlı CTA rənglərindən istifadə olunması tövsiyə edilir. NETTY-ə təqdim etdiyiniz app.e-edu.az -a daxil oldum. Panel ümumilikdə funksional görünür, amma vizual prioritetləndirmə kifayət qədər zəifdir. İstifadəçi adı, profil bölməsi və ümumi status indikatorları “ikinci plana düşmüş” hissi yaradır. Bu elementlər normalda ən çox kliklənən, ən çox istifadə edilən funksiyalar olduğu üçün onların passiv görünməsi həm navigasiyanı çətinləşdirir, həm də vizual baxımdan sistemin canlılığını azaldır. Gecə–gündüz rejimi ikonunun dizaynı da kifayət qədər aydın deyil, ilk baxışda adi bir “settings” işarəsini xatırladır. Bu isə çox vacib bir UX prinsipinin pozulmasıdır: ikon ilk baxışda məna verməli, funksiyası bir saniyədə anlaşılmalıdır. Paneldə rəng tonlarının çox mavi olması UI elementlərinin bir-birindən ayrılmasını çətinləşdirir. Blokların arasındakı kontrast zəifdir, bəzi bölmələr sanki “bir fonda əriyib gedir”. Bu, həm yorğun görüntü yaradır, həm də məlumatın qavranılmasını ləngidir. Grafiklərin və widgetlərin dizaynında da vizual ağırlıq və balanssızlıq hiss edilir: ikonlar böyükdür, amma mətn daha kiçik və zəif görünür. Bu, iyerarxiyanı pozur. Ümumilikdə panel işləkdir, amma daha modern, daha nəfəsalan və daha intuitiv bir strukturla xeyli güclənə bilər.

03.12.2025 Mahir Mədətov
ideya və saytı bəyəndim. əlavə şərhim yoxdur
// TƏRƏFDAŞLAR
Müsabiqənin tərəfdaşları və dostları
BAŞ TƏRƏFDAŞ
RƏSMİ TƏRƏFDAŞ
TƏRƏFDAŞLARI
NOMİNASİYA TƏRƏFDAŞLARI
INFORMASIYA TƏRƏFDAŞLARI
2025 | Copyright © NETTY | Hosted by host.az | Site by RENLEY