RU
Facebook
VEBSAYTLAR
// ELM, TƏHSİL VƏ RƏQƏMSAL SAVADLILIQ
https://rbacademy.az
Riyaziyyat Bilik Akademiyası
Riyaziyyat Bilik Akademiyası hazırda riyaziyyat fənni üzrə kurslar təqdim edir. Hər kursa bir çox alt modullar daxildir və kurslar Dövlət İmtahan Mərkəzi (DİM) qəbul proqramı çərçivəsində hazırlanmış online testlər və açıq sualların da yer aldığı sınaq imtahanları ilə tamamlanır. Zamanla akademiya bütün fənlər üzrə eyni sistemdə kurs və testləri təqdim etməyi planlaşdırır.Platforma online sertifikat, inkişaf planlaması və digər modullarla 4 ildir istifadəçilərə xidmət edir.
https://rbacademy.az
Riyaziyyat Bilik Akademiyası
Riyaziyyat Bilik Akademiyası hazırda riyaziyyat fənni üzrə kurslar təqdim edir. Hər kursa bir çox alt modullar daxildir və kurslar Dövlət İmtahan Mərkəzi (DİM) qəbul proqramı çərçivəsində hazırlanmış online testlər və açıq sualların da yer aldığı sınaq imtahanları ilə tamamlanır. Zamanla akademiya bütün fənlər üzrə eyni sistemdə kurs və testləri təqdim etməyi planlaşdırır.Platforma online sertifikat, inkişaf planlaması və digər modullarla 4 ildir istifadəçilərə xidmət edir.
Paylaş

fikir
məzmun
icra
29
23
22
EKSPERTLƏRIN ŞƏRTLƏRI SUBYEKTIV VƏ TÖVSIYƏVI XARAKTER DAŞIYIR

03.12.2025 Elçin BAYRAM
Vebsayt vizual olaraq rəngarəng və dinamik görünməyə çalışsa da, ümumi UI/UX, kontent keyfiyyəti və funksional tamlıq baxımından bir sıra ciddi uyğunsuzluqlar mövcuddur. Bu çatışmazlıqlar həm istifadəçi təcrübəsini zəiflədir, həm də platformanın professional imicinə mənfi təsir göstərir. İlk növbədə, səhifə boyunca blok ölçüləri və vizual nisbətlərdə balans problemi hiss olunur. Bəzi bölmələr həddindən artıq boş görünür, digərlərində isə elementlər sıx yerləşdirilib. Bu, səhifənin ritmini pozur və istifadəçi üçün navigasiyanı çətinləşdirir. “Populyar Kurslar” bölməsində cover şəkillərinin demək olar ki, eyni vizual tərtibatda olması ciddi çaşqınlıq yaradır. Eyni xanımın şəkillərdən təkrar-təkrar istifadəsi və eyni rəng tonlarının seçilməsi kurslar arasında fərqliliyi silir və istifadəçiyə seçim zamanı heç bir vizual referans vermir. Hər bir kursun özünəməxsus vizual kimliyi olmalıdır. “Müəllimlərimiz” bölməsində isə həm texniki, həm kontent, həm də imic problemi mövcuddur: şəkillərin yüklənməməsi vizual keyfiyyəti aşağı salır, bütün kartlarda eyni müəllimin məlumatının təkrarlanması isə bölməni tamamilə natamam və qeyri-peşəkar göstərir. “Haqqımızda” bölməsinin kontenti olduqca zəifdir. Akademiyanın fəlsəfəsi, missiyası, nəticələri, komanda strukturu və üstünlükləri aydın və təsiredici formada təqdim olunmur. Bu isə brendin dəyər təklifini tam çatdırmır və auditoriyanın inamını artırmır. Menyu hissəsində “Oyunlar” adlı bölmə mövcud olsa da, faktiki olaraq aktiv deyil və daxil olmaq mümkün deyil. Bu cür yarımçıq bölmələrin mövcudluğu saytın tamamlanmamış və qeyri-funksional görünməsinə səbəb olur. “Məzunlar” bölümündə cəmi bir tələbənin adının olması da informasiya baxımından kifayət etmir. Bu bölmə sosial sübut rolunu oynayır, lakin mövcud vəziyyətdə auditoriya üçün heç bir real dəyər yaratmır. Ən kritik məsələlərdən biri isə “Yeniliklər və Xəbərlər” bölməsidir. Sonuncu xəbər 2022-ci ildə əlavə olunub və bu, platformanın fəaliyyətinin dayandığı və ya passiv olduğu görüntüsü yaradır. Xəbər axınının iki ildən artıq müddətdə yenilənməməsi həm istifadəçi, həm də SEO üçün mənfi siqnaldır. Ümumilikdə, vebsaytın hazırki versiyası funksional və vizual baxımdan müəyyən potensiala malik olsa da, ölçü nisbətlərinin yenidən qurulması, unikal vizual kontent yaradılması, yarımçıq bölmələrin tamamlanması, kontentin dolğunlaşdırılması və aktivliyin bərpası kimi əsas istiqamətlərdə ciddi iş tələb edir. Bu dəyişikliklər həyata keçirildiyi təqdirdə sayt həm istifadəçi təcrübəsi, həm də brend imici baxımından əsaslı şəkildə güclənəcək.

03.12.2025 Mahir Mədətov
maraqlı sayt və resursdur

01.12.2025 Əkbər Əsədov
Maraqlı və faydalıdır. Uğurlar
// TƏRƏFDAŞLAR
Müsabiqənin tərəfdaşları və dostları
BAŞ TƏRƏFDAŞ
RƏSMİ TƏRƏFDAŞ
TƏRƏFDAŞLARI
NOMİNASİYA TƏRƏFDAŞLARI
INFORMASIYA TƏRƏFDAŞLARI
2025 | Copyright © NETTY | Hosted by host.az | Site by RENLEY