NETTY - National Internet Award
AZ | RU
Telegram
Instagram
Twitter
Facebook
NETTY və İnfoCity-nin mülahizəsinə əsasən müəyyən edilən İLİN İT-HADİSƏSİ

2009-cu ildən başlayaraq bu mükafat yüksək texnologiyaların Azərbaycan bazarının əsas nailiyyətlərini qeyd edir və NETTY mükafatı çərçivəsində təqdim edirilir. İnformasiya texnologiyalarının milli seqmentinin inkişafına töhfə verən layihələr və həllər mükafata namizədlər ola bilər. Yalnız 2018-cı ilin əvvəlindən və 2019-ci ilin may ayınadək həyata keçirilməsi başlanan və ya başa çatan layihə və həllər müsabiqədə iştirak edə bilərlər. Ərizələri həm layihələrin sifarişçiləri tərəfindən, həm də onların icraçıları tərəfindən, onların qarşılıqlı razılaşması ilə və yalnız bir tərəf ilə təqdim oluna bilər.

Müsabiqənin tələblərinə uyğun olan bütün layihələri dəvət edirik. İşləriniz barədə daha ətraflı məlumatı info@netty.az və magazine@infocity.az ünvalnlarına göndərə bilərsiniz.

Nominasiyalarda iştirak üzrə ərizələrin qəbulu 1 iyun 2019-ci il tarixədək davam edəcək. NETTY2019 keçirilməsi çərçivəsində «İlin İT-hadisəsi» nominasiyalar üzrə və mükafatın nominantları barədə məlumat www.infocity.azwww.netty.az  və  www.itaward.az saytlarında və sosial şəbəkələrdə yerləşdiriləcək (nominantların şort-listini və NETTY2019-nın final mərasiminin keçirilməsinə qədər).  Seçim mərhələsini keçən layihələr, səsvermə üçün NETTY Akademiyasına http://netty.az/az/academy.  təqdim olunacaq. Səsvermə nəticəsində İT-akademiklərin ən çox səs toplayan layihələr və həllər müəyyən olunur. Akademiyanın səsverməsi nəticəsində ən yaxşı hesab olunan layihələr və həllər «İlin İT-hadisəsi» fəxri nominasiyasının laureatları kimi elan olunurlar.  Onların adları müsabiqənin final mərasimində elan edilir.

Rəsmi dəstək
RƏSMİ PARTNYORLAR
BAŞ PARTNYOR
QIZIL PARTNYOR
GÜMÜŞ PARTNYOR
PARTNYORLAR
MƏLUMAT DƏSTƏYİ
MÜKAFAT HAQQINDA
NETTY Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində  Azərbaycanın birinci peşəkar mükafatıdır.
PAYLAŞMAQ
© 2019 NETTY. Site by RENLEY