NETTY - National Internet Award
Instagram
Facebook
// MÜSABİQƏ NOMİNASİYALARI

DÖVLƏT VƏ CƏMİYYƏT

Nominasiyada dövlət və ictimai təşkilatların saytları, tətbiqləri, sosial səhifələri, sosial əhəmiyyətli və dövlət resursları iştirak edir.

Təqlər: elektron dövlət, elektron hökumət, sosial layihələr, sosial əhəmiyyətli layihələr, qeyri-kommersiya layihələri, uşaqlar üçün texnologiya, fiziki məhdudiyyətli şəxslərə dəstək, regionlarda internetin inkişafı layihələri, Qarabağın yenidən qurulması.

İQTİSADİYYAT VƏ BİZNES

Nominasiyada bizneslə məşğul olmaq üçün ümumdünya şəbəkədən istifadə edən təşkilatların veb-saytları, tətbiqləri, sosial səhifələri, internetdə biznes yönümlü layihələrin hazırlanması, şirkət və müəssisələrin, korporasiyaların, dükanların veb-nümayəndəlikləri və s.

Təqlər: Rəqəmsal iqtisadiyyat, korporativ resurslar, kiçik və orta biznes, e-ticarət, onlayn bazarlar, onlayn satışlar, biznes analitikası.

MALİYYƏ VƏ BANKLAR

Nominasiyada bankların, maliyyə və sığorta təşkilatlarının internet saytları, tətbiqləri, sosial səhifələri, onlayn ödəniş sistemləri, maliyyə analitikası ilə bağlı resurslar və s.

Təqlər: İnvestisiyalar, banklar, ödəniş sistemləri, internet bankçılıq, sığorta, maliyyə analitikası

ELM, TƏHSİL VƏ İNNOVASİYALAR

Nominasiyada elmi təşkilatların, təhsil müəssisələrinin sosial səhifələri, saytları, tətbiqləri, o cümlədən İnternetdə təqdim olunan elmi, tədris və innovasiya layihələri iştirak edir.

Təqlər: elmi tədqiqatlar, “Əşyaların interneti” (IoT), blokçeyn texnologiyaları, genişləndirilmiş və virtual reallıq texnologiyaları, distant təhsil, onlayn məktəb, onlayn kurslar, onlayn kitabxana, internet texnologiyalar, informasiya təhlükəsizliyi, proqram təminatı, innovasiya, innovasiya layihələri və həlləri. Tədris proqramları və inkişafetdirici oyunlar və s.

SƏHİYYƏ, İDMAN VƏ TURİZM

Nominasiya səhiyyə, tibb, idman, ləzzətli qida, qonaqpərvərlik və turizm sahəsinə həsr olunmuş saytları, tətbiqlər, sosial səhifələri özündə birləşdirir.

Təqlər: səhiyyə, tibb, fitness, əczaçılıq, idman, bədən tərbiyəsi, ana və valideynlər üçün resurslar, səyahət, turizm, qonaqpərvərlik, mehmanxanalar, restoranlar, ekskursiyalar, qida və qidalanma, yol qeydləri, səyahət bloqu, naviqasiya xidmətləri, onlayn tərcüməçilər, nəqliyyat.

İNFORMASİYA VƏ XƏBƏRLƏR

Nominasiyada kütləvi kommunikasiya sahəsində fəaliyyət göstərən, ənənəvi KİV-i (qəzetlər, jurnallar, telekanallar, radio stansiyaları) təmsil edən və ya yalnız onlayn yayımda olan informasiya, xəbər, analitik və digər dövri veb-resurslar iştirak edir. Məlumat bazası, məlumat arxivi, xəbər toplayıcıları və s. Bloqlar, forumlar, informasiya kanalları, podkastlar.

Təqlər: rəqəmsal məzmun, İnternet- KİV, kütləvi kommunikasiya, sosial şəbəkələr, İnternet -icmaları, forumlar, bloqsfer, mikrobloqlar, sosial media, yeni media, onlayn jurnallar, onlayn qəzetlər, internetdə televiziya və radio, bloqlar.

MƏDƏNİYYƏT, İNCƏSƏNƏT VƏ YARADICILIQ

Nominasiyada təşkilatların, şirkətlərin, yaradıcılıq birliklərinin və mədəniyyət, incəsənət və yaradıcılıq sahəsi ilə məşğul olan birliklərin saytları, tətbiqləri, sosial səhifələri iştirak edir.

Təqlər: muzeylər, kitabxanalar, teatrlar, kinostudiyalar, konsert zalları, art-studiyalar, rəssamlar, aktyorlar, yazıçılar, dizaynerlər, musiqiçilər. Performanslar, sərgilər, onlayn kanallar. Musiqi, kino, onlayn kinoteatr, onlayn muzeylər, elektron kitablar və hökumət, video və foto redaktorlar, musiqi pleyerləri, art və s.

// FƏXRİ NOMİNASİYALAR

Müsabiqədənkənar əlavə nominasiyalar

İT-İLIN TƏDBİRİ

Müsabiqədən kənar mükafat Azərbaycanda informasiya texnologiyaları sahəsində inkişafa öz təsiri göstərmiş layihə və təşəbbüslərə görə verilir.

Daha ətraflı

AZƏRBAYCANDA İNFORMASİYA TEXNOLOGİYALARININ İNKİŞAFINDA QATQISINA GÖRƏ

Müsabiqədən kənar mükafat Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişafına şəxsi xidmət və töhfəsinə görə İT sahəsində fəaliyyət göstərənlərə verilir.

2004 - 2022 | Copyright © NETTY | Site by RENLEY | Hosted by host.az