NETTY - National Internet Award
AZ | RU
Telegram
Instagram
Twitter
Facebook
F.A.Q.
Mükafatın əsas nominasiyaları barədə təfərrüatlı danışın.
"İnternet-resurslar" nominasiyaları

1. Dövlət və Hakimiyyət

Nominasiyada Azərbaycan dövlət təşkilatlarının, müəssisələrinin, yerli hakimiyyət orqanlarının resursları iştirak edir, həmçinin belə təşkilatların və müəssisələrin fəaliyyəti ilə bağlı resurslar. Məsələn, nazirliklərinin, dövlət komitələrinin, dövlət-xidmətlərinin, diplomatik nümayəndəliklərinin, agentliklərinin, onların bölmələrinin, layihələrinin resursları. Həmçinin dövlət resurslarına, ayrı-ayrı dövlət xadimlərinin fəaliyyətinə həsr edilmiş layihələri aid etmək olar.

2. İqtisadiyyat və Biznes

Nominasiyada kommersiya qeyri-dövlət təşkilatlarının resursları iştirak edir: iri, orta, kiçik və mikrobiznesə aid olan korporasiyalar, şirkətlər və firmalar. Bankların, istehsalat birliklərin, zavodların, startapların, fərdi sahibkarların resursları və s. Iqtisadiyyat, maliyyə, biznes ilə bağlı analitik və icmal resursları.

3. Təhsil və Elm

Təhsil müəssisələrinin resursları: ali məktəblər, məktəblər, kolleclər, kurslar və s. Elmi müəssisələrinin resurslari: akademiyalar, elmi tədqiqat institutları, mərkəzlər, komissiyalar, laboratoriyalar, kitabxanalar. Müəllimlərin və alimlərin resursları. Onlayn-təlimi təmin edən, soraq xarakterli (elmi və maarifləndirici) resurslar. Biliyin müxtəlif sahələrinə həsr edilmiş resurslar.

4. Mədəniyyət və Yaradıcılıq

Ədəbiyyata, musiqiyə, kinematoqrafa, teatra, təsviri incəsənətə, arxitekturaya, xoreoqrafiyaya, həmçinin başqa incəsənət və yaradıcılıq növlərinə həsr edilmiş resurslar. Kinoteatrların, muzeylərin, bədii qalereyaların, musiqi kollektivlərinin, mədəniyyət evlərinin, özfəaliyyət kollektivlərinin resursları. Musiqiçilərin, rəssamların, rejissorların, artistlərin şəxsi resursları. Incəsənətin görkəmli xadimlərinin yaradıcılığına həsr edilmiş xatirə resursları.

5. İnformasiya və Xəbərlər

Nominasiyada ənənəvi KİV-ləri (qəzetlər, jurnallar, telekanallar, radiostansiyalar) təmsil edən yaxud yalnız onlayn yayımı aparan informasiya, xəbər, analitik və başqa dövri veb-resurslar iştirak edirlər. İnformasiya məlumat bazaları, informasiya arxivləri, xəbərlərin aqreqatorları və s.

6. Elektron xidmətlər və elektron kommersiya

Nominasiyada öz fəaliyyətində onlayn həyata keçirilən satışları və xidmətləri təklif edən ödəmə sistemlərindən istifadə edən resurslar iştirak edir. İnternet dükanlar, internet-xidmətlər, internet-kataloqlar, axtarış sistemləri, poçt xidmətləri və başqaları

7. İdman və Sağlamlıq

Nominasiyada idman komplekslərinin və təşkilatların, komandaların və klubların resursları, idman informasiya resursları iştirak edir; idmançıların və məşqçilərin şəxsi saytları. Həmçinin nominasiyada səhiyyə ilə bağlı resurslar iştirak edir: tibbi mərkəzlərinin, klinikaların, həkimlərin resursları. Sağlam həyat tərzinə həsr edilmiş resurslar.

8. Cəmiyyət və Ailə

Nominasiyada qeyri-hökumət ictimai təşkilatlarının, assosiasiyaların, fondların, partiyaların və birləşmələrin resursları iştirak edir. Ayrı ictimai və ailə layihələrinin resursları. Din və mənəvi dəyərlər haqqında resursları. İctimai və ailə psixologiyasına həsr edilmiş resurslar. Nikaha və toylara həsr edilmiş resurslar. İctimai xadimlərin resursları.

9. Turizm və İstirahət

Nominasiyada turizm şirkətlərinin və təşkilatların resursları iştirak edir; ayrı turizm istiqamətlərini inkişaf etdirən layihələrin saytları. Aviaşirkətlərin saytları, avtomobil, dəmir yolu, su sərnişin daşınmaları ilə məşğul olan şirkətlərin saytları. Bələdçilərin və ekskursiya bürolarının saytları. Mehmanxanaların, hostellərin, turist bazalarının, restoranların saytları. İnformasiya və analitik turistik, axtarış, bukinq sistemlərinin, aviabiletlərin aqreqatorlarının və başqalarının resursları.

10. Azərbaycan

Nominasiyada Azərbaycan Respublikası ilə tanış edən qeyri-kommersiya saytları iştirak edir. Azərbaycan tarixinə, Azərbaycan coğrafiyasına, Azərbaycanın təbiətinə, milli aşpazlığa və s. həsr edilmiş saytlar. Azərbaycanın görkəmli şəxslərinə həsr edilmiş saytlar. Azərbaycanda yaşayan millətlər haqqında məlumat verən saytlar. Azərbaycanın şəhərləri və regionları haqqında saytlar.

"Ilin Mobil proqramı" nominasiyası

Nominasiyaya cari və əvvəlki illər ərzində Azərbaycanda yaradılmış IOS və Android əsaslı mobil qurğular üçün proqramlar irəli sürülür. Informasiya, təlim proqramları video - və fotoredaktor, musiqi tətbiqləri, messencerlər, onlayn-mağazalar, naviqasiya xidmətləri, oyunlar və başqaları.

"Virtual münsiflər heyətinin Seçimi" nominasiyası

Nominasiyada digər kateqoriyalarda irəli sürülmüş bütün saytlar iştirak edir.

"Sosial şəbəkələr" nominasiyaları

1. Ən yaxşı onlayn-videolayihə

Nominasiyada məşhur videoxostinqlərdə (YouTube, Vimeo, Video.mail.ru və başqaları), sosial şəbəkələrdə (VK, Facebook və başqaları), həm də sərbəst saytlarda yerləşdirilmiş video-layihələr iştirak edir. Analitik, maarifləndirici, əyləncə video-layihələri. Video-müsahibə, sketç-şou, videoicmal və başqaları.

2. Sosial şəbəkələrdə ən yaxşı səhifə

Nominasiyada Facebook, Instagram sosial şəbəkələrində yaradılmış səhifələr iştirak edir. Təşkilatların, birliklərin, xidmətlərin, layihələrin səhifələri. Korporativ, şəxsi, maarifləndirici, əyləncə səhifələri və başqaları.

"Ilin İT-Hadisəsi" nominasiyası

"Ilin İT-Hadisəsi" kateqoriyasında NETTY mükafatına informasiya-texnologiya irəliləməsinə əhəmiyyətli təsir göstərmiş, informasiya texnologiyalarının inkişafında yeni mərhələyə imza atan xüsusi əhəmiyyətli layihələr və hadisələr irəli sürülür.

Fəxri nominasiya "Azərbaycanda İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə" Müsabiqədənkənar mükafat Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişafında şəxsi töhfəsi olan görkəmli xidmətlərə verilir.
-Mən azərbaycanlıyam, lakin Azərbaycan Respublikasının vətəndaşı deyiləm. Mən müsabiqədə iştirak edə bilərəm?
Bəli, saytın məzmunu Azərbaycana aidiyyəti olduğu təqdirdə.
MƏN BIR NEÇƏ SAYTIN MÜƏLLIFIYƏM. MƏN ONLARIN HAMISINI MÜSABIQƏYƏ TƏQDIM EDƏ BILƏRƏM?
Bəli, əgər onlar qeydiyyat şərtlərinə cavab verirlərsə.
MÜSABIQƏYƏ ÖZ BLOQUMU YERLƏŞDIRMƏYƏ IMKANIM VAR MI?
Bəli imkanınız var, hər bir uyğun kateqoriya üzrə yerləşdirə bilərsiniz “Təhsil və elm”, “İnformasiya və Xəbərlər” və s.
Mən müəyyən kateqoriyada saytımı qeydiyyatdan keçirmişəm, amma sonradan saytım digər kateqoriyaya daxil edilib. Niyə?
Çünki Təşkilat komitəsi Sizin sayt üçün daha müvafiq kateqoriya müəyyən etmişdir.
NETTY-in virtual səsverməsinin iştirakçısı kim ola bilər?
Netty.az saytının ziyarətçisi öz sosial profilinin məlumatlarından istifadə edərək virtual münsiflər heyətinin üzvü ola bilər. Təşkilat komitəsi münsiflər heyətinin potensial üzvünün qabiliyyətinin qiymətləndirmə hüququnu özündə saxlayır (müsabiqədə iştirakla bağlı).
Mən NETTY düyməsini öz saytıma əlavə edə bilmirəm. Müsabiqədə iştirak etmək imkanım var mı?
Xeyr. Düyməni sayta əlavə etmək imkanı sizin sayta olan hüquqlarınızı təsdiq edir. Əgər siz bunu hansı bir başqa üsulla sübut etsəniz , istisnalar mümkündür.
Mənin zəngin informasiya resursum var. Amma onu iştiraka buraxmadılar. Niyə?
Ola bilər ki, sizin saytınızın məzmunu kiminsə müəllif hüquqlarını pozur, beləliklə Azərbaycan respublikasının qanunvericiliyi pozulur.
Mən faydalı və ağıllı bir proqramın müəllifiyəm. Müsabiqədə iştirak etmək üçün mən mütləq onun haqqında sayt hazırlamalıyam?
Siz “İlin mobil proqramı” və ya “İlin İT-hadisəsi” kateqoriyası üzrə ərizəni təqdim edə bilərsiniz.
Mən müsabiqənin iştirakçısı kimi qeydiyyat formasını saytın qeydiyyatında doldurdum, amma düymə üçün kod ala bilmədim. Niyə?
Ola bilsin, sizin saytınızın məzmunu müsabiqənin qaydaları ilə ziddiyyət yaradır, və ya qeydiyyat formasında bəzi sahələr yanlış doldurulmuşdur. Onu birdə doldurun və ya məktubla təşkilat komitəsinə müraciət edin.
"NETTY" müsabiqəsində kim qalib olmuşdur?
"Tarix" bölməsinə baxın"История"
Mən, “NETTY-2018”-in qalibiyəm, “NETTY-2019”da iştirak edə bilərəm?.
Bəli, amma başqa sayt ilə.
Nominantları kim müəyyən edir?
Ekspert şurası və müsabiqənin virtual münsiflər heyəti.
Müsabiqədə iştirak etmirəmsə, səsvermədə iştirak edə bilərəm?
Bəli, virtual jüri üzvü olmaqla.
Ekspertlər hansı meyarlar üzrə səs verirlər?
Aşağıdakı 4 meyar üzrə: ideya, dizayn, texniki icra, məzmun. əsas meyarlar.
«NETTY»-nin Ekspert Şurasına və Veb-akademiyasına kimlər daxildir?
İT və Milli internetin görkəmli xadimləri. Tam siyahı burdaburdadır.
Mən «NETTY»-nin veb-akademiyasına daxil ola bilərəmmi?
Hal-hazırda veb-akademiyanın formalaşdırılması başa çatıb. Akademiya üzvünün irəli sürülməsi yalnız mükafatın təşkilat komitəsi və akademiklər tərəfindən həyata keçirilir.
Mən «NETTY»-nin Ekspert Şurasına daxil ola bilərəmmi?
Təşkilat Komitəsi sizin ərizənizi müzakirəyə çıxarda bilər. Özünüz barədə məlumatı mükafatın ünvanına göndərin.
Final təntənəli mükafatlandırma mərasimi harada və nə vaxt keçiriləcək?
Keçirilmə tarixi və yeri elan ediləcək.
«NETTY» müsabiqəsində iştirak etməklə nə əldə edəcəm?
Siz, öz veb-əsərinizi samballı peşakar jürinin mühakiməsinə təqdim edəcəksiniz və bu məhkəmənin qərarı öz imkanlarınızı qiymətləndirmək imkanı verəcək. Bu birinci. İkincisi əgər siz hansi bir nominasiyada qalib gəlsəniz, avtomatik olaraq milli İnternetin tarixinə düşərək öz saytının təmənnasız promouşnı alacaqsınız. Və nəhayət mükafat alacaqsınız.
Keçən il mənim dəbdəbəli oyun saytım nədənsə nominantların siyahısına düşmədi.
Yoxlayın, bəlkə sizin saytınızda qeydiyyat zəruridir. Bu hal sizinlə maraqlanan, lakin uzun anketlərini doldurmaq istəməyən müsabiqədə iştirakçılarını qorxuda bilər. Biz tövsiyə edirik ki, müsabiqə keçirilən dövr ərzində bütün arzu edənlərə qonaq parolu verəsiniz.
Müsabiqədə iştirak ödənişlidir mi?
  • Müsabiqənin başlanğıcı (güzəştli dövr – qeydiyyat tarixindən başlayaraq ilk 10 təqvim günü) - 10 AZN
  • Əsas dövr – 20 AZN.
  • Qeydiyyat tarixinin başa çatmasına bir həftə qalmış - 50 AZN
Resursların ərizələri ümumi şərtlərə əsasən baxılır. Qeydiyyatın ödənişi yalnız ərizənin verilməsindən və təşkilat komitəsi tərəfindən iştirakın mümkünlüyü təsdiqləndikdən sonra mümkündür.
Qeydiyyat haqları nə üçün xərclənir?
Qeydiyyat ödənişi müsabiqədə baş verən səsvermə proseslərinin təşkilinə, iştirakçılar haqqında ictimaiyyətin məlumatlandırılmasına , final mərasiminin keçirilməsinə və müsabiqənin mükafatlarına xərclənir.
Nə etmək əgər mən sosial şəbəkələrin nominasiyalarında "sosial şəbəkələrdə Ən yaxşı səhifə" sifariş verirəmsə? Necə təsdiq etmək ki, o mənə aiddir?
"Sosial şəbəkələrdə ən yaxşı səhifə" sosial şəbəkələrin nominasiyalarında ərizə ilə müraciət edirəmsə nə etməliyəm? O, mənə aid olduğunu necə təsdiq edə bilərəm? Sosial səhifələrlə bağlı olduqda öz səhifəsində NETTY2019-da iştirakınız haqqında orijinal postu yerləşdirin və müqabiqənin saytını qeyd edin. www.facebook.com/NETTYAWARD
Rəsmi dəstək
RƏSMİ PARTNYORLAR
BAŞ PARTNYOR
QIZIL PARTNYOR
GÜMÜŞ PARTNYOR
PARTNYORLAR
MƏLUMAT DƏSTƏYİ
MÜKAFAT HAQQINDA
NETTY Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində  Azərbaycanın birinci peşəkar mükafatıdır.
PAYLAŞMAQ
© 2019 NETTY. Site by RENLEY