Instagram
Facebook
NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır.

2004-cü ildə təsis edilib
HAQQIMİZDA
QALİBLƏR
// MÜSABİQƏNİN MƏRHƏLƏLƏRİ
Qrafik və müsabiqənin keçirildiyi əsas tarixlər
1
QEYDİYYAT
1 noyabr - 30 noyabr
Ərizələrin qəbuluna başlanılması, ekspert şurasının və münsiflər heyətinin yaradılması.
2
SEÇİM
1 dekabr - 7 dekabr
Ekspert şurasının və internet istifadəçilərinin səsverməsinin keçirilməsi, hər nominasiya üzrə namizədlərin seçilməsi.
3
SƏSVERMƏ
8 dekabr - 15 dekabr
Akademiyanın səsverməsi və mükafatın qaliblərinin müəyyənləşdirilməsi.
4
MÜKAFATLANDIRMA
17 dekabr
Mükafatlandırma mərasimi. Oflayn və onlayn rejimdə. Mükafat qaliblərinin rəsmi elan edilməsi.
// NOMİNASİYALAR
Əsas müsabiqə nominasiyaları

DÖVLƏT VƏ CƏMİYYƏT

Nominasiyada dövlət və ictimai təşkilatların saytları, tətbiqləri, sosial səhifələri, sosial əhəmiyyətli və dövlət resursları iştirak edir.

Təqlər: elektron dövlət, elektron hökumət, sosial layihələr, sosial əhəmiyyətli layihələr, qeyri-kommersiya layihələri, uşaqlar üçün texnologiya, fiziki məhdudiyyətli şəxslərə dəstək, regionlarda internetin inkişafı layihələri, Qarabağın yenidən qurulması.

İQTİSADİYYAT VƏ BİZNES

Nominasiyada bizneslə məşğul olmaq üçün ümumdünya şəbəkədən istifadə edən təşkilatların veb-saytları, tətbiqləri, sosial səhifələri, internetdə biznes yönümlü layihələrin hazırlanması, şirkət və müəssisələrin, korporasiyaların, dükanların veb-nümayəndəlikləri və s.

Təqlər: Rəqəmsal iqtisadiyyat, korporativ resurslar, kiçik və orta biznes, e-ticarət, onlayn bazarlar, onlayn satışlar, biznes analitikası.

MALİYYƏ VƏ BANKLAR

Nominasiyada bankların, maliyyə və sığorta təşkilatlarının internet saytları, tətbiqləri, sosial səhifələri, onlayn ödəniş sistemləri, maliyyə analitikası ilə bağlı resurslar və s.

Təqlər: İnvestisiyalar, banklar, ödəniş sistemləri, internet bankçılıq, sığorta, maliyyə analitikası

ELM, TƏHSİL VƏ İNNOVASİYALAR

Nominasiyada elmi təşkilatların, təhsil müəssisələrinin sosial səhifələri, saytları, tətbiqləri, o cümlədən İnternetdə təqdim olunan elmi, tədris və innovasiya layihələri iştirak edir.

Təqlər: elmi tədqiqatlar, “Əşyaların interneti” (IoT), blokçeyn texnologiyaları, genişləndirilmiş və virtual reallıq texnologiyaları, distant təhsil, onlayn məktəb, onlayn kurslar, onlayn kitabxana, internet texnologiyalar, informasiya təhlükəsizliyi, proqram təminatı, innovasiya, innovasiya layihələri və həlləri. Tədris proqramları və inkişafetdirici oyunlar və s.

SƏHİYYƏ, İDMAN VƏ TURİZM

Nominasiya səhiyyə, tibb, idman, ləzzətli qida, qonaqpərvərlik və turizm sahəsinə həsr olunmuş saytları, tətbiqlər, sosial səhifələri özündə birləşdirir.

Təqlər: səhiyyə, tibb, fitness, əczaçılıq, idman, bədən tərbiyəsi, ana və valideynlər üçün resurslar, səyahət, turizm, qonaqpərvərlik, mehmanxanalar, restoranlar, ekskursiyalar, qida və qidalanma, yol qeydləri, səyahət bloqu, naviqasiya xidmətləri, onlayn tərcüməçilər, nəqliyyat.

İNFORMASİYA VƏ XƏBƏRLƏR

Nominasiyada kütləvi kommunikasiya sahəsində fəaliyyət göstərən, ənənəvi KİV-i (qəzetlər, jurnallar, telekanallar, radio stansiyaları) təmsil edən və ya yalnız onlayn yayımda olan informasiya, xəbər, analitik və digər dövri veb-resurslar iştirak edir. Məlumat bazası, məlumat arxivi, xəbər toplayıcıları və s. Bloqlar, forumlar, informasiya kanalları, podkastlar.

Təqlər: rəqəmsal məzmun, İnternet- KİV, kütləvi kommunikasiya, sosial şəbəkələr, İnternet -icmaları, forumlar, bloqsfer, mikrobloqlar, sosial media, yeni media, onlayn jurnallar, onlayn qəzetlər, internetdə televiziya və radio, bloqlar.

MƏDƏNİYYƏT, İNCƏSƏNƏT VƏ YARADICILIQ

Nominasiyada təşkilatların, şirkətlərin, yaradıcılıq birliklərinin və mədəniyyət, incəsənət və yaradıcılıq sahəsi ilə məşğul olan birliklərin saytları, tətbiqləri, sosial səhifələri iştirak edir.

Təqlər: muzeylər, kitabxanalar, teatrlar, kinostudiyalar, konsert zalları, art-studiyalar, rəssamlar, aktyorlar, yazıçılar, dizaynerlər, musiqiçilər. Performanslar, sərgilər, onlayn kanallar. Musiqi, kino, onlayn kinoteatr, onlayn muzeylər, elektron kitablar və hökumət, video və foto redaktorlar, musiqi pleyerləri, art və s.

// XƏBƏRLƏR
Ümümi məlumat

2004
Mükafatın təsis edildiyi il
11000+
Mükafatın təsis edildiyi andan etibarən müsabiqənin real iştirakçıları.
700+
Xoşbəxt qaliblər və namizədlər
// TƏRƏFDAŞLAR
Müsabiqənin tərəfdaşları və dostları
BAŞ TƏRƏFDAŞ
RƏSMİ TƏRƏFDAŞLARI
ÖDƏNİŞ SİSTEMİ
INFORMASIYA TƏRƏFDAŞLARI
2022 | Copyright © NETTY | Site by RENLEY | Hosted by host.az