Mehman İsgəndərov
Marketing
Business Development Director
ŞƏRHLƏR
Azərpoçt
Sayt ümumilikdə yüksək səviyyədə hazırlanıb və hazır CMS-dən istifadə olunmayıb. Tövsiyələrim aşağıdakılardır:
XML Sitemap – axtarış sistemləri üçün optimallaşdırılmalı və təkmilləşdirilməlidir.
Təkrarlanan
başlıqları dəyişdirilməli və daha qısa formada təqdim olunmalıdır.
Bəzi səhifələrə Meta Description hissəsinin əlavə edilməsi daga yaxşı nəticə verər.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
Saytı ümumilikdə yaxşı hazırlanmış hesab edirəm. Xüsusi vurğulanacaq bir problem görmürəm. Neytral rənglər və rahat interfeys ümumi istifadə təcrübəsini müsbət edir. Tövsiyəm odur ki, ana səhifəyə yüklənən şəkillərin keyfiyyəti artırılsın. Hazırkı şəkillərin keyfiyyəti qənaətbəxş deyil.
e-AHIK Sanatoriya-Kurort elektron rezervasiya sistemi
Sayt myGov portalına yönləndirildiyi üçün daha dərin texniki analiz etmək imkanım olmadı. Ümumilikdə yaxşı hazırlanmış hesab edirəm. Dizaynın daha müasir olması isə ümumi istifadə təcrübəsini yaxşılaşdırardı.
Qala Həyat Sığorta Şirkəti
Rənglərin proporsiyasını, xüsusi hazırlanmış ikonları, müasir dizaynı və səhifələrin indeksasiyası yaxshi hazirlanib. Ümumilikdə sayt ela hazirlanib. Tövsiyələrim:
1. Kod tərəfini analiz edərkən Yandex Metrika inteqrasiyasını gördüm, lakin Google Analytics elementlərinə rast gəlmədim.
2. Sayt xəritəsində ‘noindex’ meqateqinin olması axtarış sistemləri üçün çətinlik yarada bilər.
I'm Honey - Made By Bees-
Sayt Shopify CMS (SaaS) üzərindən hazırlanıb. Şəkillər keyfiyyətlidir, lakin veb üçün optimizasiya olunmadığı halda ana səhifənin yüklənmə sürətini azalda bilər. Tövsiyəm: sayt hazırlanarkən yalnız sizin üçün xüsusi hazırlanmış CMS-lərdən istifadə olunması daha məqsədəuyğundur. Hazır CMS-lər nə qədər etibarlı olsa da, tam sərbəst kod idarəsi mümkün deyil, SEO baxımından sərbəstlik məhduddur və məlumatlar tam olaraq sizə məxsus olmur. Əlavə olaraq, “Tərəfdaşlar” bölməsindəki bəzi şirkət ikonları düzgün deyil və keyfiyyəti aşağı səviyyədədir.
Azpetrol Ltd. MMC rəsmi vebsayt
Sayt həm dizayn, həm də texniki baxımdan çox yaxşı hazırlanıb. Mənim əlavə edəcəyim heç bir şey yoxdur.
Tabaterra
Artıq Header-də video istifadə edən saytlar yüklənmə sürəti baxımından şəkil və ya vector formalı dizayna keçirlər. Saytı ümumilikdə səliqəli və informativdir. Tövsiyəm odur ki, daxili səhifələrdə bəzi şəkillərin keyfiyyətini bir az yüksəldəsiniz.
B2B Group
Sayt dizayn, rənglər və istifadəçi rahatlığı baxımından yaxşı və səliqəli hazırlanıb. Tövsiyəm: hazır CMS-lərin yeniləmələrini (update) etməyinizdir. Bu, saytın kiber təhlükəsizlik baxımından daha dayanıqlı olmasına kömək edəcək.
SHI Studio
Sayt zövqlə hazırlanmışdır. İki məsələyə diqqət çəkmək istəyirəm: 1.Menyu düyməsinin yerləşməsi və hərəkəti istifadə zamanı maneçilik yaradır.2. Mobil versiyanın açılma sürəti aşağıdır.
Bu məsələlərin optimallaşdırılmasını tövsiyə edirəm.
Arenda.az
Üslub baxımından daha müasir dizaynların tətbiq olunması daha məqsədəuyğun olardı. Saytın sonunda yerləşdirilən teqlərin silinməsini tövsiyə edirəm. Anlayıram ki, bu teqlər SEO üçün zəruridir, lakin onları vizual olaraq göstərmədən də texniki şəkildə istifadə etmək mümkündür.
Delta Store
Saytda dəstək xidmətinin çox tez cavab verməsi xoşuma gəldi. Assortiment də böyükdür, bu da istifadəçi üçün rahatdır. Blog bölməsinin olması da müsbət haldır — orada mütəmadi xəbər paylaşsanız daha yaxşı olar. Dizayn mənə bir az qarışıq gəldi. Məhsul səhifələrinin bəzilərində filtr çox azdır və ya ümumiyyətlə yoxdur. Məhsul səhifələrində ən baha və ya ən ucuz qiymətə görə sıralama funksiyasını da tapa bilmədim.
on11.az
İdeyanı bəyəndim. Saytınızı və məhsul səhifəsini bir az daha user-friendly etməyinizi tövsiyə edirəm. Hazırda dizayn və quruluş bir qədər qarışıq görünür.
Texno Gallery
İlkin səhifənin yüklənmə sürəti aşağıdır, amma daxili səhifələrdə belə bir problem yaşamadım. Texniki dəstəyin tez cavab verməsi müsbət haldır. Blog xəbər bölməsinin olması da çox yaxşıdır. Dizaynı bir az daha müasir formada hazırlamağınızı tövsiyə edərdim.
Texno İmperiya
Texniki dəstəyin çox tez cavab verdi. Xəbərlər bölməsi var, amma xəbərlərin sayı azdır. Ümumilikdə kompüter və bu tip kommersiya işləri üçün normal və saytdır.
İndigo Printing House
Üslub olaraq sayt bir az keçmiş tərzdə hazırlanıb. Saytın WordPress CMS üzərində qurulub. Tövsiyə edirəm ki, bu CMS üçün yeniləmə çıxan kimi onu sayta tətbiq edəsiniz — həm təhlükəsizlik, həm də stabil işləməsi üçün vacibdir. Şəkillərin keyfiyyətini bir az artırmağınız da yaxşı olar. Kataloq bölməsinə isə daxil ola bilmədim.
Hyper Titan
Saytın fərqli bir dizaynı var və bu tip saytlar arasında seçilir. Tövsiyəm odur ki, filtr funksiyalarını daha elastik edin və əlavə olaraq brend seçimlərini dropdown tipli menyu şəklində təqdim edəsiniz — bu istifadə üçün daha rahat olar.
Euro Tech
Saytın slideri bir az köhnə üslubda hazırlanıb. Patterni bəyəndim, amma alt kateqoriyaları oxumaqda çətinlik yaradır. İkonları yenidən seçsəniz, bu problem həll olunar. Texniki dəstək tez cavab verdi. Ağ və qara rejiminin olması da mənim üçün müsbət haldır.
KorpON
Saytın ana səhifəsinin yüklənmə sürəti çox aşağıdır. Sayt WordPress CMS üzərində hazırlanıb. Tövsiyə edirəm ki, CMS yenilənmələrinə diqqət yetirəsiniz. Video izləmə düyməsinə keçid etdikdən sonra ana səhifəyə qayıtmaq mümkün olmur. Yeniliklər səhifəsi isə boşdur.
Art & Smile Dental Clinic
Sayt informativdir. Lakin şəkillərin web üçün optimallaşdırılmasını tövsiyə edərdim, çünki sayt gec yüklənir.