https://www.instagram.com/save.sheki?igsh=dm11emtzcnVkb2Vs
Save Sheki
«Save Şəki» — UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş qədim Şəki şəhəri və bütün Şəki regionunun zəngin mədəni irsinin qorunmasına həsr olunmuş, az tanınan abidələr və bəy evlərinə diqqət yönəldən bir təşəbbüsdür. Layihə sosial şəbəkələr üzərindən paylaşılan fotoşəkillər, araşdırmalar və təhlillər vasitəsilə unudulmaqda olan tarixi nümunələri yenidən gündəmə gətirib, onları ictimai müzakirələrin mərkəzinə çevirib.