RU
Facebook
// XƏBƏRLƏR
Azərbaycanın əsas rəqəmsal mükafatı - NETTY 2025 üçün müraciətlərin qəbulu davam edir!
//24.10.2025
Azərbaycanda NETTY2025 Milli İnternet Mükafatında iştirak üçün ərizələrin qəbulu davam edir, artıq 140-dan çox layihə təqdim olunub.


2025-ci ildə NETTY çərçivəsində resurslar aşağıdakı əsas kateqoriyalar üzrə
qiymətləndirəcək:


• Elektron dövlət və rəqəmsallaşdırma
• Rəqəmsal iqtisadiyyat, biznes və startaplar
• İnnovasiyalar, kibertəhlükəsizlik, və süni intellekt
• Elm, təhsil və rəqəmsal savadlılıq
• Media, mədəniyyət və kreativ kontent
• XXI əsrin həyat tərzi və turizmi
• Cəmiyyət və inklüzivlik üçün texnologiyalar


NETTY - bu gün Azərbaycan rəqəmsal ekosistemində tanınmaq, öz layihəni ictimaiyyətə və
ekspertlərə təqdim etmək üçün ən vacib platformadır.
Hər nominasiya üç sahədən ibarətdir: vebsaytlar, tətbiqlər və sosial səhifələr. Hər
nominasiya üzrə hər bir istiqamət üzrə qalib müəyyən ediləcək. İştirakçılar aşağıdakı 3
meyara görə qiymətləndirilir: ideya, məzmun, icra.
Hazırda müsabiqədə iştirak edən resursların 70%-i internet saytlarıdır, iştirakçıların qalan
hissəsi, hələ ki, sosial səhifələr və tətbiqlər arasında bərabər bölünür.
Hazırda ən çox iştirakçı “Rəqəmsal iqtisadiyyat, biznes və startaplar” nominasiyasında, ən az
iştirakçı isə “Elektron dövlət və rəqəmsallaşdırma” nominasiyasındadır.
2009-cu ildən başlayaraq NETTY çərçivəsində “İlin İT hadisəsi” fəxri nominasiyası da
mövcuddur. Oktyabrın 20-dən bu nominasiya üzrə də ərizələrin qəbuluna başlanılıb. Bu
nominasiya Azərbaycanın yüksək texnologiyalar bazarında əsas layihələri müəyyənləşdirir
və mükafatlandırır. Nominasiyanın keçirilməsi NETTY mükafatının təşkilat komitəsi və
InfoCity jurnalının redaktorları tərəfindən irəli sürülüb.
Müsabiqə iştirakçılarının ərizələri www.netty.az saytında qəbul olunur və oktyabrın 1-dən
noyabrın 24-dək davam edəcək. Noyabrın 24-dən dekabrın 5-dək namizədlərin siyahısını
formalaşdıran Ekspert Şurasının və Virtual Münsiflər Heyətinin səsverməsi keçiriləcək.
Dekabrın 6-da NETTY Akademiyası, namizədlər arasından qalibləri müəyyən etmək üçün,
səsverməyə başlayacaq.
NETTY2025-ün qalibləri təntənəli mükafatlandırma mərasimində rəsmi olaraq elan edilir.
Bütün müsabiqə nominantları tədbirə dəvətlidir. Müsabiqə zamanı nominantlar və qaliblər
diplomlar və rəsmi NETTY mükafatlarını, həmçinin müsabiqə partnyorları tərəfindən təqdim
edilən hədiyyələri alırlar. Medianın və internet auditoriyasının diqqəti təmin edilir.

Səsvermə mərhələsindən öncə hər kəsin müsabiqəyə qoşulmaq imkanı var: iştirakçı kimi,
virtual münsiflər heyətində və ya ekspert qismində.
“İştirakçılar” öz layihələri, veb-resurslarını, sosial şəbəkələrdəki səhifələrini və ya
tətbiqlərini mükafatın saytında qeydiyyatdan keçirmiş istifadəçilərdir.
“Virtual münsiflər heyəti” internet istifadəçilərindən formalaşır. Sosial şəbəkələrdən
istifadə edərək mükafatın saytında qeydiyyatdan keçmiş istifadəçilər münsiflər heyətinin
üzvü ola və müsabiqəyə namizədlərin seçilməsində iştirak edə bilərlər. Münsiflər heyəti
“Virtual Münsiflər Heyətinin Seçimi” kateqoriyasında müsabiqədə iştirak edənlərin ümumi
sayından üç namizəd seçir.
“Ekspert Şurası” müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşdırılır və dizayn,
proqramlaşdırma, marketinq, jurnalistika və s. sahələr üzrə mütəxəssislərdən ibarətdir.
Ekspert şurası nominasiyaların hər biri üzrə, və hər sahə üzrə üç namizəd seçir.
“NETTY Akademiyası” Azərbaycanın dövlət, ictimai və biznes strukturlarında çalışan
nüfuzlu şəxslərlə təmsil olunur. Akademiya hər bir sahə üzrə mövcud nominasiyaların hər
biri üzrə mükafatın yeganə qalibini müəyyən edir.
Bu ilki mükafatı dəstəkləyənlər:
Baş tərəfdaş: NAR
Rəsmi tərəfdaş: AZINTELECOM
Tərəfdaşlar: Azərbaycan İnnovasiya Mərkəzi (AIM), SmartHost, Savalan, AliNino, Matrix
Akademiyası, Online.az, Renley.
İnformasiya tərəfdaşları: Report İnformasiya Agentliyi, Infocity.tech, Technote.az, Oxu.az,
«Каспий» qəzeti, Baku.TV, Baku.ws, Radio Enerji, Kazzımli Photography, Sapunov Online,
ALR Media.
Mükafatla əməkdaşlıq üçün info@netty.az ilə əlaqə saxlaya bilərsiniz. Müsabiqə haqqında
ətraflı məlumat əldə etmək və iştirak etmək üçün www.netty.az saytına baxa bilərsiniz.



// TƏRƏFDAŞLAR
Müsabiqənin tərəfdaşları və dostları
BAŞ TƏRƏFDAŞ
RƏSMİ TƏRƏFDAŞ
TƏRƏFDAŞLARI
NOMİNASİYA TƏRƏFDAŞLARI
INFORMASIYA TƏRƏFDAŞLARI
2025 | Copyright © NETTY | Hosted by host.az | Site by RENLEY