Müsabiqənin qaliblərini müəyyən edən NETTY Akademiyası ilə tanış olun. “NETTY Academy” Azərbaycanın ictimai, dövlət və biznes strukturlarında çalışan nüfuzlu şəxslərlə təmsil olunur.
Akademiya hər bir sahə üzrə mövcud nominasiyaların hər biri üzrə mükafatın yeganə qalibini müəyyən edir.
Akademiya həmçinin müsabiqədənkənar fəxri nominasiyalar üzrə qaliblərin adlarını da müəyyən edir.
Akademiyada səsvermə dekabrın 7-dən 15-dək keçiriləcək. Qaliblər dekabrın 17-də keçiriləcək yekun mükafatlandırma mərasimində elan olunacaq.
NETTY 2022 üçün qeydiyyat davam edir və noyabrın 30-da bağlanacaq. İştirak etməyə tələsin!
NETTY Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.