Instagram
Facebook
// XƏBƏRLƏR
“Virtual Münsiflər Heyəti”nin formalaşmasına başlanılıb.
//24.11.2022

Hər bir internet istifadəçisi müsabiqənin Virtual Münsiflər Heyətinin üzvü olmaqla NETTY 2022-də iştirak edən sevdiyi layihəsinə dəstək ola bilər. Bunun üçün linkinə daxil olub Facebook sosial profilinizdən istifadə edərək daxil olmaq lazımdır.

İnternet istifadəçiləri tərəfindən ən çox qiymətləndirilən müsabiqə iştirakçıları Ekspert Şurasının reytinqindən asılı olmayaraq “Virtual Münsiflər Heyətinin Seçimi” nominasiyası üzrə müraciət etmək imkanı əldə edəcəklər.

Virtual münsiflər heyəti istənilən kateqoriya üzrə hər hansı bir iştirakçıya səs verə bilər.

NETTY 2022 Virtual Münsiflər Heyəti yekunda müsabiqədə iştirak edənlərin ümumi sayından Virtual Münsiflər Heyətinin Seçimi kateqoriyası üçün üç namizəd seçəcək.

Virtual Münsiflər Heyəti tərəfindən səsvermə dekabrın 1-dən 7-dək mümkün olacaq.

Müsabiqənin bütün digər əsas nominasiyaları kimi, “Virtual Münsiflər Heyətinin Seçimi” nominasiyasında da qalibin adı Mükafatın Akademiyası tərəfindən müəyyən ediləcək.

 

 

 

 

 



2022 | Copyright © NETTY | Site by RENLEY | Hosted by host.az