e-Customs
İnterfeys sadə olsa da, istifadəçi təcrübəsi baxımından bəzi funksiyaların daha intuitiv olması üçün inkişaf etdirilə bilər. Məsələn, bəyan formaları və digər mürəkkəb funksiyalar daha aydın göstərişlərlə təmin edilə bilər. Saytda daxil olan istifadəçi sistemin nə üçün və necə işlədiyi barədə məlumatları ilkin olaraq ala bilmir. Digər tərəfdən, rahat idarə paneli, sadə görünüş. aydın oxunulabilən məlumat bazasına sahibdir.
"ABAD" publik hüquqi şəxs
Mobil versiyada bəzi interfeys elementləri uyğun yerləşdirilməyib və istifadə rahatlığı biraz zəifdir. ABAD-ın fəaliyyəti, mərkəzləri və layihələri barədə məlumatlar asanlıqla tapılır və geniş izahlarla təqdim edilir. Sadəcə naviqasiyada dizayn və məsafə problemləri var. Rəng palitrası diqqət yayındırır.
Azərbaycan Respublikasının Ali Məhkəməsi
Saytda hüquqi proseslərlə bağlı geniş məlumat bazası var, o cümlədən qərarlar, qanunvericilik aktları və s. Eyni zamanda, Avropa İnsan Haqları Məhkəməsinin qərarları ilə bağlı ayrıca bölmə mövcuddur ki, bu da beynəlxalq hüquqi standartlara uyğunluğu göstərir. Sayt sadə rahat naviqasiyaya və oxunulabilən interfeysə sahibdir.
Competition
Saytda istehlakçı hüquqları, dövlət satınalmaları ilə bağlı geniş məlumat mövcuddur. İstifadəçilər qanunlar, təlimatları əldə edə bilirlər. Yüklənmə ağırdır. Dizayn səliqəli və sadədir. Öz hədəf kütləsi üçün asan və əlçatandır.
Corpowid Rəqəmsal Müyəssərlik Həlləri
Görmə məhdudiyyəti, motor nəzarət çətinliyi və s. üçün müxtəlif həllər təqdim olunur. Başlıqların vurğulanması və sayt strukturlarının optimallaşdırılması istifadəçilər və axtarış motorları üçün təkmilləşdirilib. Sadə və gözəldir. Uğurlar!
Baku Prod
Sayt HORECA sahəsində kataloq funksiyası daşıyır. Məhsullar bardə məlumatlar artırıla bilər. Şirkətin fəaliyyəti və əməkdaşlıq üçün imkanlar təqdim olunub.
Novex Group
Dizayn müasir və səliqəlidir. Naviqasiya əlçatandır və insanı yormur. Rəng keçidləri uğurludur.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi
Ölçülər çox böyükdür. İstifadəsi rahatdır deyə düşünülə bilər, lakin əksinə idarəni çətinləşdirir.
Dövlət Məşğulluq Agentliyi
Səhifədə müəyyən uyğunluq yaradılıb. Məlumatlar yenilənir. Kontent gözəldir.
DinləKitab audio-kitab layihəsi
İdeya gözəldir. Dizaynı sadələşdirmək lazımdır.