Yoova
İdeya olaraq çox bəyəndim, real problemi həll etməyə yönəlib. Artıq əməkdaşlıq etmək barədə əlaqə saxlamışam Yoova komandası ilə :) . Ümid edirəm uğurla davam edəcək layihə!
Birlab
Maraqlı və kreativ saytdır. Həqiqətəndə sayta daxil olduqda, arxada yaradıcı bir komandanın olduğunu hiss edirəm.Təbriklər və uğurlar
RestoPOS - Restoran İdarəetmə Sistemi
Bu sahə ilə yaxından tanış olmasamda, eşitdiyimə görə adətən xarici platformalardan istifadə edir restoranlar. Yerli sistemin yaradılması təşəbbüsünü çox bəyəndim.
HI Marketing Agency
Məlumatı asanlıqla çatıran saytdır, bəyəndim. Müştəri gözü ilə baxdıqda istədiyim məlumatlar rahat və əlçacandır. Kreativ Agnetlik olduğunu nəzərə alaraq saytda biraz maraqlı animasiyalar və action olsa idi daha gözəl olardı fikrimcə. uğurlar
EURONET AZƏRBAYCAN
Vebsyatın dizaynı özünəməxsusluğu ilə fərqlənir. Düşünürəm ki hədəf kütlə İT sferası olduğu üçün bu tərz seçilib. Bəzi CSS səhvlər var, sifariş bölməsində paketlərin adları ağ rənglə yazıldığı üçün görünmür. Zənnimcə, saytı UX/Uİ dizayn olunan zaman geniş hədəf kütləsini nəzərə alsanız daha yaxşı olar. Və stil olaraq digər qlobal Bulud xidməti göstərən saytlara uyğunlaşsa istifadəçilərə daha rahat olar. Məsən paketlərin qiyməti, uzun müddətli odənişlər zaman endirimlər və s. kimi nuanslar artıq bulud xidmətləri göstərən şirkətlərdən gözləntiyə çevrilib. Uğurlar!
e-AHIK Sanatoriya-Kurort elektron rezervasiya sistemi
Idetanı bəyəndim, yaxşı təşəbbüşdür. Sayta mygov ilə daxil olduqda bəzi məlumatları avtomatik daxil olur ( Fin kod və s.). Lakin həm də şəxiyyət vəsiqəsinin şəklini yükləmək lazım olur. bu da əlavə çətinlik yaradır. Sadələşdirmək olar user interfeysi. ümumilikdə bəyəndim, uğurlar
Azərpoçt
Sayt dizaynını bəyəndim. Rəng seçimləri, vizuallar bir biri ilə harmoniya təşkil edir. Funksional tərəfdən isə bəzi çatışmazlıqlar var, şəxsi fikrimcə. Bu bir poçt xidmətdir və ilk növbədə istifadəçini maraqlandıran tariflərdir. Saytda isə tariflər PDF fayl kimi yükləyib qəliz formada görmək olar. Təklif edərdim ki, ana səhifədə sadə kalkulyator yerləşdirilsin və istifadəçilər ünvan və məlumatları qeyd etməklə qiymətləri öyrənə bilsin.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
Əvvəlki versiyaya ilə müqaisədə daha muasir və rahat görünür. İdeya və məzmun əladir, İcra ilə bağlı fikir bildirə bilməyəcəm aktiv istifadə etmədiyim üçün.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi
Daha cox xəbər portalına bənzətdim. biraz maraqlı kontentlər lazımdır.
Sosial Xidmətlər Agentliyi
İdeya və məzmun yaxşıdır. İcranı daha yaxşı etmək olar.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Dizayn işi daha yaxşı ola bilər. ideya və məzmun yaxşıdır
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
Yaxşı səhifədir
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
İdeya, məzmun və icra 3-də əla. bəyəndim
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
Rahat və faydalı
SİMA İmza Sahibkar Həlli
Ideya əladir, istifadə edirik. Amma Asan imzanin yerini tuta bilmir :)
I'm Honey - Made By Bees-
Ideyanı çox bəyəndim. Lakin saytdan ilkin təssürat olaraq qida sektoruna aid olduğunu başa düşmədim. detallı araşdırdiqdan sonra anlayırsan məhsulları. Şəkillərdə çay süfrəsinda masada qoyulsa daha tez başa düşülər...
Azpetrol Ltd. MMC rəsmi vebsayt
Sayt olaraq çox bəyəndim. animasiyalar və dizaynlar ləzzət elədi. peşəkar yanaşılıb.
Qala Həyat Sığorta Şirkəti
Siğorta şirkəti üçün çox yaxşı saytdır. Ana səhifədə lazım olan məlumatlara asan və rahat çıxış var. 1 klik ilə lazım olan məhsula keçid etmək olur. Çox gözəl!
Be Positive Advertising Agency
Normaldir. Videolarin çox olması müsbətdir.
Coffeein
Yaxşı ideyadır. Səhifə aktiv və maraqlıdır. trendlərə uyğunlaşdılmış kontentləri xüsusi bəyəndim.
ADA Universitetinin Kitabxanası
Sadə və rahat interfeysi var. sayta daxil ola bilmədiyim üçün detallı baxmaq olmur. Ümumilikdə yaxşıdır.
Radio Baza - Online FM/AM
Maraqlı tətbiqdir, bəlkədə çoxdan gözlədiyimiz. İdeyanı və İcranı bəyəndim. Təbriklər və Uğurlar
Radio Baza - Online FM/AM
Kiçik bir təklif də verim, interfeysdə radiosansiyalarin Mhz tezlikləri yazilsa, oyrəşdiyimiz ənəbəvi radio görünüşü yaransa daha əla olar! istənilən halda uğurlu layihədir :)
e-MTK İdarəetmə Sistemi
Düşünürəmki real problemi həll etməyə yönəlmiş layihədir, ideyanı çox bəyəndim. Bildiyim bəzi MTK-ların idarəetmə sistemi yoxdur. onlar üçün çox faydalı sistem olar. Uğurlar.
AVIA.AZ - Ən ucuz aviabilet axtarış sistemi
Aviabilet saytı üçün yaxşıdır. ilk səhifədə alışdığımız axtarış bloku yerləşir.Sadə və rahatdır. Axtarış normal işləyir, Ən ucuz bilet olduğunu isə deyə bilmirəm :).
Visit Baku
Sadə, rahat və funksional! Əla
Tabaterra
Saytın hazırlanmasına söz yox, yaxşı hazırlanıb. Korparativ üslübda olması və asan naviqasiya edilməsi gözəldir. 1 məqama toxuna bilərəm, aydındırki hər bir biznesin məqsədi gəlir əldə etməkdir, lakin tütün biznesi cəmiyyətin həssas nöqtəsidir. Təklif edərdim ki, ana səhifədə daha çox Sosial Məsuliyyət, Yaşıl Gələcək, Tütün istifadəsinin azaldılmasına yönəlik məlumatlar olsun. Belə olan halda şirkətin imici daha da yüksəlmiş olar. Phillip Morrisin vebsatı gözəl nümünə olar bilər məsələn... adamlar sanki dünyanı tütündən azad etmək istəyir :) ən azından bunu dilə gətirirlər.
Arenda.az
Saytın nav panelini bəyəndim, çünki çoxdan öyrəşdiyimiz bir panelin eynisidir demək olar :). Rəqib saytlardan keçidi asanlaşdıram addımdır. Mobil versiyada tez tez popup reklam çıxır, yorucudur. 1 dəfə çıxsa kiyafət edər düşünürəm. ümumiyyətlə popup reklam qıcıq verici amildir, daha fərqli monetziyasiya üsullarından istifadə etməyi məsləhət görərdim. interfeys olaraq da yaxşılardırmağa ehtiyac görürəm. Uğurlar
Voxio
Ideya və məzmun əladır! Süni intelleti necə faydalı istifadə etməyin gözəl nümunəsi. Saytın dizaynı isə biraz geri qalır düşünürəm. Süni itellekt olan layihədən gözləntilər də yüksək olur.. bəlkə saytın dizaynına da Süni İntellekti cəlb edəsiz? :) . Uğurlar.
SesliKitab.org Kitablar Danışır Sən Dinlə
Ideya gözəldir, Kontentlərdə yaxşıdır. Kitablar kateqoriyalara bölünüb. Funskional olaraq yaxşıdır, işləkdir. Sadəcə saytın dizaynını yaxşılaşdırmaq və user interfeysi rahatlaşdırmaq olar. Uğurlar